Beynəlxalq Əl-Mustafa Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə Azərbaycan Respublikasında yerləşən...
/Aran agentliyi
Beynəlxalq Əl-Mustafa Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə Azərbaycan Respublikasında yerləşən İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən aksiyada böyük İslam alimi, dini elmlərdə ictihad dərəcəsi almış, milliyətcə türk və təbrizli, peyğəmbər nəslindən olan Ayətullah Seyid Əli Xameneinin təhqir olunmasını pisləyir və bu hərəkəti rəzil əxlaqsızlıq kimi dəyərləndirir.
Biz İran İslam Respublikasında təhsil alan tələbələr Azərbaycandan olan din xadimlərindən birinin İranda bu formada təhqir olunduğunu görsəydik, sözsüz ki, bu hərəkəti də rəzil əxlaqsızlıq adlandırardıq.
Biz tələbələr Azərbaycan iqtidarından tələb edirik ki, belə həssas nöqtələrə toxunmaqla iki qonşu ölkə arasında olan münasibətləri bir-birinə vurmaq istəyənlər müəyyənləşdirilib cəzalandırılsın və bundan sonra uyğun məsələlərə ciddi diqqət yetirilsin.
Qeyd etmək istəyirik ki, xalqımız tarix boyu islami dəyərlərə böyük ehtiram göstərmiş və İslam peyğəmbərinin xatirəsini əziz tutmuşdur. Azərbaycan xalqının İslam peyğəmbərinə göstərdiyi ehtiramın bariz nümunəsi bu gün Azərbaycanda yaşayan seyidlərə onların cəddinə xatir göstərilən ehtiramdır. Bildiyiniz kimi Azərbaycan xalqı Mirmövsüm Ağa kimi seyidlərin məzarını müqəddəs bilib ziyarət edir. Belə bir xalqın içindən seyidi təhqir etməklə peyğəmbərə hörmətsizlik edən cavanların çıxması mümkünsüzdür. Sözsüz ki, belələri bu millətdən deyil.
HaqqYolu