Tarix : 2012 May 14
Kod 30309

Ümumdümya Əhli-beyt (ə) Assambleyasının baş katibi: Azərbaycan Respublikası dövləti homoseksualla...

İslam hər vaxt – istər məhdud, istərsədə ümumi surətdə – təhlükədə olsa, təqlid mərcələri, alimlər, müsəlman xalqları, hətta azad qeyri-müsəlman xalqlar təhlükəni aradan qaldırmağa çalışmalıdırlar
/Aran agentliyi

İslam hər vaxt – istər məhdud, istərsədə ümumi surətdə – təhlükədə olsa, təqlid mərcələri, alimlər, müsəlman xalqları, hətta azad qeyri-müsəlman xalqlar təhlükəni aradan qaldırmağa çalışmalıdırlar.

AranNews - Mənbəmizin verdiyi məlumatına əsasən, Ayətullah Əxtəri həzrət Fatimeyi Zəhranın (ə) mübarək mövludunu təbrik etməklə yanaşı, "İslamın Beynəlxalq Missiyası Konfransı"nın təşkilinə öz təşəkkürünü bildirərək dedi: "İslamın ümumdünyəvi əsas prinsip olmasını Mütəal Allah Quranda buyurmuşdur və əsasən, Quran ayələrinin üslubu İslamın ümumdünyəvi olmasını göstərir".

Ayətullah Əxtəri artırdı: "Digər ölkələrin işlərinə müdaxilə prinsipini bütün xüsusiyyətləri ilə İslam və İran hökuməti qəbul edir. Amma bu mövzu beynəlxalq münasibətlərin digər mövzuları kimi super-güc ölkələrin əlində vasitəyə çevrilib və onlar İslamın alim və təqlid mərcələrinin öz islami vəzifələrini yerinə yetirmələrini digər ölkələrin işlərinə müdaxilə kimi qələmə verirlər. Halbuki, özləri heç bir dəlil olmadan islami və qeyri-islami ölkələrə hətta hərbi hücumlar edirlər".

Ümumdümya Əhli-beyt (ə) Assambleyasının baş katibi artırdı: "İslam hər vaxt – istər məhdud, istərsədə ümumi surətdə – təhlükədə olsa, təqlid mərcələri, alimlər, müsəlman xalqları, hətta azad qeyri-müsəlman xalqlar təhlükəni aradan qaldırmağa çalışmalıdırlar. İslamı təhlükədən qorumaq sərhəd tanımır".

Ayətullah Əxtəri Azərbaycan Respublikası dövlətinin məscidləri dağıtmaq, islamçıları həbs etmək kimi bəzi anti-İslam hərəkətlərinə toxunaraq, Azərbaycan hökumətinə xitab edərək dedi: "Necə olur ki, siz homoseksualların paradını planlaşdırmaqla müsəlmanların duyğularını acılayırsınız, amma təqlid mərcələrinin və müsəlmanların etirazlarının intizarında deyilsiniz".

Ayətullah Əxtəri xatırlatdı: "Bütün dövlətlər, o cümlədən Azərbaycan dövləti bilməlidir ki, dinlə mübarizə qələbə çala bilməz. Necə ki, kommunistlər nəticə ala bilmədilər və süqut etdilər. Bu gün də İslam dünyasının diktatorları bir-birinin ardınca süqut edirlər və Amerika və qərbin onları himayət etməyə gücləri çatmır".

Ümumdümya Əhli-beyt (ə) Assambleyasının baş katibi "İslamın Beynəlxalq Missiyası Konfransı"nın bağlanış mərasiminin sonunda Azərbaycan Respublikası dövlətindən öz xalqının istəklərinə dəyər verməsini, diqqət etməsini və həqiqi izzətin İslama üz gətirməkdə olduğunu bilməsini istədi.

 

 

  • Yazılıb
  • da (də) 2012 May 14