Tarix : 2012 May 14
Kod 30323

Türkiyəli mübariz qadın: Azərbaycan ölkəsində hicabın qadağan olmasına təəssüf edirik

Biz Azərbaycan ölkəsində hicabın qadağan olmasından qüssələnir və təəssüflənirik
/Aran agentliyi

 

Türkiyəli mübariz qadın bu günləri dəstə-dəstə iffətli və hicablı qadınların İslamın ağuşuna qayıtmasına işarə edərək dedi: "Biz Azərbaycan ölkəsində hicabın qadağan olmasından qüssələnir və təəssüflənirik".

AranNews - Türkiyəli mübariz qadın bu günləri dəstə-dəstə iffətli və hicablı qadınların İslamın ağuşuna qayıtmasına işarə edərək dedi: "Biz Azərbaycan ölkəsində hicabın qadağan olmasından qüssələnir və təəssüflənirik".

AranNews-in Ərdəbildən verdiyi məlumatına əsasən, Ərdəbildə keçirilən "İslamın Beynəlxalq Missiyası Konfransı"nda iştirak edən Kaya dedi: "Biz bu günləri dəstə-dəstə iffətli və hicablı qadınların İslamın ağuşuna qayıtmasının şahidiyik. Onlar hicab və iffətin əsli ilə tanış olduqdan və bu barədə məlumat əldə etdiklərindən sonra bu uca təfəkkür yolunda addım atırlar".

O, Türkiyə dövlətinin hicab əleyhinə olan hərəkətlərinə və liberalizm düşüncəsinin bu ölkədə hakim olmasına işarə edərək dedi: "Ötən 30 ildə azadlıq və hicabın qorunması uğrunda mübarizədə öz maddi və dünyəvi sərmayələrimizin çoxunu itirdik. Amma bunun əvəzində bu gün uca mənəvi bir dəyər qazanmışıq".

Bu türkiyəli mübariz xatırlatdı: "Bu gün həmin mübarizələrin sayəsində Türkiyə hicabı yayan ölkələrdən biri hesab olur. Biz Azərbaycan ölkəsində hicabın qadağan olmasından qüssələnir və həmişə təəssüflənirik".

Kaya, 1979-cu ildə Türkiyədə dövlət çevrilişinə və hicab qadağanına işarə edərək dedi: "Bu qadağan elə bir həddə idi ki, hicablı xanımlar dövlət işlərinə, təhsil mərkəzlərinə və universitetlərə daxil ola bilməzdilər və əgər daxil olsaydılar işgəncələrə məruz qalır, həbs olunurdular".  

O, çıxışının davamında dedi: "Türkiyədə on minlərlə qız və gənc xanımlar hicab və öz qadınlıq şərəflərinin qorunmasını tələb edirdilər. Onlar ölkədə yaranmış məhdudiyyətlərə xatir ölkəni tərk edərək Afrika və Avropanın uzaq ölkələrinə hicrət etməyə məcbur olurdular ki, bunula da öz hicab və qadınlıq şərəflərini qorusunlar".

Türkiyənin hicablı mübariz qadını dedi: "Mən 80 yaşlı bir qoca qadını tanıyıram ki, İstanbulun xəstəxanasında xəstə yatırdı. O öz hicabını qoruduğu üçün işgəncələrə, əzab-əziyyətlərə məruz qalaraq, dünyasını dəyişdi. Türkiyənin sabiq hökuməti ona qarşı laqeydlik göstərdi".

Kaya, Türkiyə dövlətinin repressiya dövründə öz hicabını qoruyan Cəvahir adlı gənc qızın başına gələn hadisələrə işarə edərək dedi: "Onun atası Atatürkün tərəfdarlarından olduğu üçün qızının hicabını qoruması məsələsindən xəbərdar olan kimi onu evdən qovdu, hətta başqa övladlarının da hicaba təmayülünü gördükdə Cəvahiri güllələmişdi".

O, özünün də qızları ilə birlikdə dörd dəfə həbs edilməsini və 4 il zindanda qaldığını yada salaraq vurğuladı: "Mən hicabın qorunması yolunda hətta, qızlarımın birini itirdim, amma heç vaxt öz ideya və məqsədimdən əl çəkmədim".

Hicab mübarizi artırdı: "Üç qızım azadlıq tələb etdikləri və bu barədə şüarlar verdiklərinə görə həbs olundu. Dəfələrlə ictimai fəaliyyətlər bizə qadağan olundu. Amma nəhayət bizim mübarizəmiz öz səmərəsini verdi və bu günləri Türkiyədə hicab qadağasının və məhdudiyyətlərinin ləğvinin şahidiyik".

AranNews-in Ərdəbildən verdiyi məlumatına əsasən, Kaya çıxışının sonunda bildirdi: "Türkiyədə biz səbr və müqavimətlə qalib olduğumuz kimi mütləq Azərbaycan xalqı və qadınları da qalib olacaq və öz uca hədəflərinə çatacaqlar".

 

 

 

  • Yazılıb
  • da (də) 2012 May 14