Tarix : 2012 May 14
Kod 30326

Casusluqda ittiham olunanların Mossad agentləri ilə Azərbaycan Respublikası torpağında görüşü

bu müttəhimlər peyk antenaları və yalançı təbliğatlar vasitəsilə sionist rejimin Mossad agentliyi xidmətinə cəlb olunublar
/Aran agentliyi

Sionist rejiminə casusluq edən 13 nəfər muzdura hökm oxunmsı iclası bir neçə dəqiqə öncə Tehranının İnqilab Məhkəməsinin 15-ci şöbəsində öz işini başa vurdu və mütəhhimlərin hökmü oxundu.

AranNews-in məlumatına əsasən, bu müttəhimlər peyk antenaları və yalançı təbliğatlar vasitəsilə sionist rejimin Mossad agentliyi xidmətinə cəlb olunublar.

Bu məlumata əsasən, Mossada casusuluq edən müttəhimlər qəsbkar rejimin agentləri ilə bu rejimin və Amerikanın təsiri altında olan bəzi ölkələrdə görüşmüş və puç vədlər, imkanat və pul almaq müqabilində müxtəlif sahələrdə onlara casusluq etmişlər.

Sionist rejimə casusluq edən muzdurlar fəaliyyətlərinin çoxunu İranın şimal sərhədlərindən, yəni Azərbaycan Respublikasının ərazisindən (bu ölkənin coğrafi mövqeyinə diqqət etməklə) və Suriya sərhədlərindən (bu ölkəndə qarışıqlıq yaranmasına diqqət etməklə) icra ediblər.

Bir neçə ay bundan qabaq Azərbaycan Respublikası qəzet və xəbər agentlikləri gizli xəbərləri çap etmək və müxtəlif təhlillər yolu ilə sionist rejimin bu ölkədə fəaliyyətlərinin genişləndirməsindən xəbər vermişdilər.

Tayms qəzetinə müsahibə verən və özünü İsrailin Casusluq Təşkilatının (Mossad) agenti kimi təqdim edən Şəmun kimi şəxslərin kimliyinin açıqlanması Mossad agentlərinin Azərbaycan Respublikasında hüzurunu aşkar şəkildə təsdiqləyən sübutlardandır.

İranda həbs olunmuş Mossad muzdurlarından bir başqası Məcid Cəmali Fəşi, Mossad casusluq təşkilatının agenti Cəfər Xoşzəbanın (Cavidan) AR Təhlükəsizlik Nazirliyinin köməyi ilə aeroporta aid xüsusi qurğuların və saxta sənədlərin Bakının Heydər Əliyev Hava Limanında onun ixtiyarına qoyduğunu etiraf etdi.

Sionist rejimin casusluq təşkilatı onlarla İsrail şirkətləri çərçivəsində Azərbaycan Respublikasının həssas və aparıcı nöqtələrinə nüfuz etmiş və bu şirkətlərdə öz fəaliyyətlərindən əlavə, sionist rejimin casusluq mövqeyini bu ölkədə bərkitməklə məşğuldurlar. Hal-hazırda Azərbaycan Respublikasının telekommunikasiya və yol şəbəkəsi, bank, neft, inşaat, əkinçilik sistemləri, hətta servis xidmətləri sionistlərə bağlı şirkətlərin ixtiyarındadır. Sionist rejimin iqtisadi nüfuzu bunula qurtarmır. İsraillilər bir çox rəhbər və rəsmi işçiləri özlərinə cəzb edə bilmiş və bunula da iqtisdi və idari sistemdə öz adamlarından ibarət fəal bir şəbəkə qura bilmişlər.

Sionistlər AR-da elmi və tədqiqati mərkəzlər yaratmaq, universitet və mədəniyyət sahələrinə təqaüdlər ayırmaqla hər il çoxlu azərbaycanlı gəncləri işğal olmuş Fələstin ərazilərinə aparır və onlara təlim keçirlər. Həmçinin, festivallar, incəsənət proqramları, kino festivalları və  müğənni ezamı təşkil etməklə Azərbaycan xalqının xas bir təbəqəsi arasında nəzərə çarpacaq dərəcədə öz mədəni nüfuzunu yaratmışdır.

Sionist rejimin Azərbaycan Respublikasında öz nüfuzunu artırmasında məqsədi ölkəmizin milli təhlükəsizliyini təhdid etməkdir. Ona görə də İranın milli təhlükəsizliyi sionist rejimin Azərbaycan Respublikasındakı hərəkətlərinə həssas yanaşmasına və bu xərçəng şişinin regionda, əsasən də şimal qonşuluğunda (AR) qarşısının almasına məcbur olur.

  • Yazılıb
  • da (də) 2012 May 14