''Azərbaycan Respublikasında İslami Oyanışın Araşdırılması'' Konfransı universitet və hövzə müəllimlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə müqəddəs Qum şəhərində keçiriləcək
/Aran agentliyi
"Azərbaycan Respublikasında İslami Oyanışın Araşdırılması" Konfransı universitet və hövzə müəllimlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə müqəddəs Qum şəhərində keçiriləcək.
AranNews-in məlumatına əsasən, "Azərbaycan Respublikasında İslami Oyanışın Araşdırılması" Konfransı, Elm Dairələrinin beynəlxalq məsələlər üzrə müavini höccətül-islam vəl-müslimin Məhəmməd Həsən Zəmani, Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun müdiri və Azərbaycan Respublikasının islamçı fəalı Hacı İsgəndər Hüseynzadə, Ərdəbil əyalətinin sabiq ostandarı, 9-cu İslami Şura Məclisinin deputatı və Qafqaz məsələləri üzrə ekspert doktor Həqiqətpurun çıxışı ilə çərşənbə axşamı 26 ordibehiştdə (15 may) müqəddəs Qum şəhərində keçiriləcək.
Azərbaycan Respublikası dövlətinin islamofobiya siyasətində sionizmin rolunun araşdırılması, ölkədə şiə məzhəbinin rəhbərlərinin həbsinin pislənməsi, fəal jurnalist və müxbirlərə müqavimət təndisinin hədiyyə edilməsi bu konfransın digər proqramlarındandır.
Konfrans hövzə və universitet müəllim və tələbələrinin və Qum Elm Dairəsində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə çərşənbə axşamı 26 ordibehiştdə (15 may) saat 17:30-da Qum şəhərinin "Məsumiyyə" mədrəsəsinin konfrans salonunda keçiriləcək.