/Aran agentliyi
Ruhani İlham Əliyevin məhkəməsi təxirə salınıb. Məhkəmə hökmü "Eurovision" mahnı müsabiqəsindən sonra oxuyacaq.
Xatırladaq ki, ilahiyyatçı İlham Əliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
ABGÜL SÜLEYMANOVUN MÜDAFİƏSİNƏ İKİNCİ VƏKİL QOŞULDU
Bundan əlavə tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanova ikinci vəkil təyin olunub. Onun hüquqlarını 2 vəkil qoruyacaq: Zülfüqarov Rüstəm və Mustafayev Natiq.
Xatırladaq ki, may ayının 16-sı saat 15:30-da ruhani Abgül Süleymanovun ilk məhkəmə iclası keçiriləcək.
Hacı Abgül Süleymanova qarşı irəli sürülən ittihamlar: Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə).
Qeyd edək ki, Abgül Süleymanov 9 aydır MTN-də saxlanılır. O, ötən ilin avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edilib.
MMDİB SƏDRİNİN İŞİ PROKURORLUĞA GÖNDƏRİLİB
MMDİB sədri Mehdi Məmmədovun işi prokurorluğa göndərilib. Bu barədə vəkil Zaman Səmədov məlumat verib. O bildirib ki, Mehdi Məmmədovun cinayət işi prokurorluğa göndərilib. İş 5 gün müddətinə məhkəməyə təhfil verilməlidir. Mehdi bəyin saxlanıldığı ilk 48 saat ərzində işgəncələrə məruz qalması ilə bağlı isə prokurorluq araşdırma aparır.
Yaxın günlərdə "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədovun məhkəməsi keçiriləcək. Məhkəmənin açıq keçirilməsi gözlənilir.
Xatırladaq ki, Mehdi Məmmədov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur. üzərindən "çıxarılmış" narkotik maddənin özünə məxsus olduğunu təsdiq etməsi üçün saxlanıldığı ilk 48 saat ərzində ona işgəncə edilmişdir. Lakin o narkotik maddənin polis bölməsindən çıxandan sonra cibinə atıldığını bildirmişdir.
HaqqYolu