Tarix : 2012 May 14
Kod 30334

Bakı polisi ilə müxalif partiyaların üzvləri arasında qarşıdurma baş verib

İnformasiya qaynaqları Az. R-nin paytaxtı Bakı şəhərində polis qüvvələri ilə müxalif partiyaların tərəfdarları arasında qarşıdurmanın baş verməsindən xəbər veriblər
/Aran agentliyi

 

İnformasiya qaynaqları Az. R-nin paytaxtı Bakı şəhərində polis qüvvələri ilə müxalif partiyaların tərəfdarları arasında qarşıdurmanın baş verməsindən xəbər veriblər.

Xəbər qaynaqlarını məlumatına görə, Az. R-nın polis qüvvələri paytaxt Bakıda şəhər meriyası önündə mitinq keçirən müxalif partiyaların üzvləri əleyhinə güc tətbiq ediblər. Polis aksiyaçıları döyüb, ya onları yaralayıblar.

Az. R. polisi tərəfindən etirazçıların döyülməsinin şahidi olan Almaniyanın Xəbər Agentliyinin müxbiri qeyd edib: Bakı Şəhəri meriyası önündə mitinq keçirən aksiyaçılar polis qüvvələri tərəfindən möhkəm döyülüb.

Müxalif partiya üzvlərinin bu etiraz xarakterli aksiyaları elə bir halda baş verib ki, Bakının məsul rəsmiləri müxalifətdə olan partiyaların aksiya keçirməsinə icazə verməmişdilər.

Az. R-da mülki müdafiəçilər indiyədək dəfələrlə Az. R-nı ölkədə demokratiya və insan haqlarına riayət etməməsinə görə tənqid ediblər.

  • Yazılıb
  • da (də) 2012 May 14