Tarix : 2012 May 15
Kod 30348

Xəzər – Mavi = Daş atılmış qurbağa gölü!..

Aya, G-qoluboyların süpürülməsi əmrinin dalında nə durur?
/Aran agentliyi

 

Həzərat! Ömrümdə ilk dəfə özü zopası ilə dəyişik düşən, baş yarıb, avropalaşan xalqı türkün (qırmızı) rənginə boyayan milli polisimizə təşəkkür etmək istədim. Musavatdan xəbər gəldi ki, polis şəhərdəki G-qoluboyları yığır. Həmişə tələsib tərsinə düşdüyümü yada salıb bu dəfə xəbəri axıra qədər oxumağa, baş işlətməyə qərar verdim.

Nə baş verdiyi gün kimi aydındır: dünənə qədər müxalifətçini, dindarı şərləyib türməyə dolduran hökm-et bu dəfə centlmencəsinə, ədəb-ərkanla, heç bir böhtan-şərsiz Bakının qeyrət simvollarını Baku Crystal Hall-dan dala qalmayan bir məhrəmanə guşəyə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına məxsus pansionata toplayır. Onlar üçün şampan partladır, kabab bişirirlər. Haqqını istəyən kişilərimizi zopalayan, qadınlarımızı sürüyən polisin bu isti rəftarı nə ilə bağlıdır? Yoxsa kişilər və qadınlarla davranış qaydalarını əzbər bilən asayiş keşikçiləri cinsi müəmmalı varlıqlarla necə rəftar edəcəklərini bilməyiblər? Yox qardaş, bu polisə nə təşəkkür düşür, nə də lənət. O, döyəndə də, söyəndə də, güləndə də bu işi əmrlə görür. Onun içi yoxdur, zopayaoxşar qabı var və uzaqdan idarə olunan tozsoran maşın kimidir. Onu işə salırlar ki, şəhəri çujoy predmetlərdən təmizləsinlər. Bu dəfə maşının zir-zibili ustufca somurması texniki məsələdir və bundan ötək!

Aya, G-qoluboyların süpürülməsi əmrinin dalında nə durur? Şəkk yox ki, avropalı qardaş... yox-yox bacı... eeeh... (cinsi bilinməyən) bacı-qardaşlarımız bu hadisədən hiddətlənəcək. Əvvəldən bilinirdi ki, Eurovisiona bir emissarlar gələcək, bir də P-qoluboylar. Bu toplumda beş-on jurnalisti çıxmaqla düz adam axtarmaq axmaqlıqdır. Az idi Əliyevlərin dərdi, biri də artdı. Yapışacaqlar ki, insan haqlarını pozursunuz, avropa dəyərlərini vecinizə almırsınız. Hökm-et bütün bunları yaxşı-götür qoy edib, məndən ağılsız deyil ki. Bir tərəfdə fors-fason verən avropalılar, bir tərəfdə... Bir tərəfdə də altıaylıq intiqam qorxusu. Altı aydır hökm-et xəbərdarlıq alır: Hər şey sənin, namusumuza toxunma! (Torpağımın yarısını aldılar, dinmədim... Şura hökuməti gəldi, konvet getdi, dinmədim... Evimi tari-mar etdilər, danışmadım... Taxılımı apardılar, dinmədim... Əşşi, hansını deyim? İndi də bu kolxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver, sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da...) Avropa demokratiyasının müsəlman hürriyyətindən sadə və ciddi bir fərqi var. Avropalı axıra qədər demokratikdir. O, evə gəlib arvadını başqa kişi ilə yataqda görəndə də demokratdır – xəcalət çəkir ki, qapını döyməmiş içəri girib və üzr istəyib tualetə qaçır. Müsəlmanın hürriyyəti isə qeyrət-namus xəttinə qədərdir. Hökm-et yaxşı bilir ki, hər G-qoluboy bu günlərdə potensial bombadır. Dindarın ki səbir kasası doldu baxan deyil hökmətə-mökmətə, polisə-molisə. Şəkk edirsiz? Sovet hökuməti dağılanda Azərbaycanda polislər gizlənməyə kol tapmırdı. Hökm-etin də polisdən başqa gücü yoxdu, beş G-qoluboy partlayandan sonra nimçə tərsinə dönəcək.

Uzun sözün qısası, qoluboyların yığılması əməliyyatının arxasında qorxu dayanır. Bu hökm-et Azərbaycanda bir cəhənnəm yaradıb ki, başçılar, nazirlər də dincəlmək üçün xaricə gedir (bir dostdan iqtibas). Mühafizə xidmətindən sızan məlumata görə bir dəfə xanımlar xanımı Bakıdan təyyarə ilə qalxanda aşağı boylanıb hirslə “xaraba qalasan” deyib. Gop da olsa maraqlıdır. Ölkəni xaraba qoyur, sonra da rahat nəfəs almaq üçün qürbətə üz tuturlar!

Demək, bu günlərdə Bakıda kef görən varsa o da G-qoluboylardı. Bir cameəni ki Manana ziyarət edə, o cameəyə qatılmaq bütün qeyri-müsəlmanların arzudur.

Bəli, qardaşlar, hökm-et atdı N-dən R-ə. Əlbəttə ki, mənəviyyat admları, anti-eurovisionçular qələbə deyib öyünə bilməz. Çünki küçələrdən yığışdırılan təkcə milli homoseksuallardır. Yolda olan 70 min turistin arasında 70 yüz faizli kişi olması da müəmmadır. Olsun ki hökm-et milliləri çuşka sayıb, yevrostandart, əzəmətli, zajiqayuşi bir gey-parad keçirməyi planlaşdırır. Amma belə bir planları varsa risk edirlər. Dindar üçün nə fərqi var milli ya qeyri-milli, hər ikisi ətdəndir.

Necə qutaraq bu yazını? Hökm-eti təbrik edək ki, gey-parad fikrindən daşınıb? Sağ ol deyək ki, heç olmaya G-qoluboylarla adam kimi rəftar edib? Şəxsən mən kənd uşağı olsam da bu hökm-etə inanmıram, onu özümdən bic sayıram. Bu hökm-et asfaltın kvadrat metrinə 70 faiz şərik olmasa yol çəkməz. G-qoluboyların da yığılmasında bir xeyir güdürlər. Bu xeyir ondan ibarətdir ki, konsert zamanı Kristal Zalı beş dəqiqəlik də olsa ziyarət etməli olan hökm-et öz canından qorxur. Yoxsa Bakının səs-küylü, avropalılar bəyənən şən gecələrini bir daş atmaqla qurbağa gölünə döndərməzdilər. Bu günlərdə Xəzərin də rəngi qaçıb. Bu rəng Sərhəd Qoşunlarına məxsus pansionata sığacaqmı?

Bakıxan

  • Yazılıb
  • da (də) 2012 May 15