İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Bakıda Avroviziya mahnı müsabiqəsinin ...
/Aran agentliyi
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsini Qərbin müsəlman bir ölkədə iffətsizliyi təbliğ etmək taktikası adlandırıb.
Kermanşah əhalisinin İslam Şurası Məclisindəki təmsilçisi Məhəmməd Kərəmirad Jurnalistlər Klubunun müxbiri ilə müsahibədə Azərbaycan Respublikasının anti-İslam hərəkətlərinə işarə edərək, müsəlmanlar arasında iffətsizliyin təbliğ edilməsi və Avroviziya mahnı müsabiqəsinin keçirilməsi haqda deyib: Azərbaycan Respublikası əhalisi əsasən şiələrdən ibarətdir. Belə bir ölkədə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi Qərbin hiylələrindən sayılır və islamofoviya siyasətinə xidmət edir.
M.Kərəmirad əlavə edib: Azərbaycan Respublikası hökuməti Qərbin istiqamətləndirməsi ilə bu ölkəni işğalçı sionist rejim üçün bir bazaya çevirməkdədir və İslam dinini zəiflətmək məqsədilə onların siyasətləri çərçivəsində hərəkət edir.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü həmçinin, Avroviziya mahnı müsabiqəsinin keçirilməsini bir növ Azərbaycan Respublikasının şiə əhalisi arasında iffətsizliyin genişləndirilməsi adlandırıb və deyib: Azərbaycan Respublikası hökuməti dərhal bu rüsvayçı və qeyri-əxlaqi müsabiqənin keçirilməsinin qarşısını almalıdır. Çünki, əks halda bu ölkə müsəlmanlarının ciddi reaksiyası ilə üzləşəcək.