Azərbaycan Respublikasının polisi elan edib ki, Eurovision-2012 mahnı müsabiqəsi zamanı hər hansı bir siyasi yaxud dini aksiya keçirmək cəhdləri sərt cavablandırılacaq
/Aran agentliyi
Azərbaycan Respublikasının polisi elan edib ki, Eurovision-2012 mahnı müsabiqəsi zamanı hər hansı bir siyasi yaxud dini aksiya keçirmək cəhdləri sərt cavablandırılacaq.
Azəri informasiya qaynaqlarının məlumatına əsasən, BŞBPİ-nin rəis müavini polkovnik Səhlab Bağırov Qafqazinfo müxbiri ilə müsahibədə Eurovision - 2012 mahnı müsabiqəsi zamanı təhlükəsizliyin təmini üçün polisin ciddi tədbirlər gördüyündən xəbər verib.
Azərbaycan Respublikası polisi dünən Bakıda etiraz aksiyası keçirmək cəhdi göstərən 18 nəfəri həbs edib.
Ötən gün müxalifət elan etmişdi ki, xarici jurnalistlərin də iştirak edəcəyi Eurovision mahnı müsabiqəsində fürsətdən istifadə edərək respublikaya hakim kəsilmiş hegemoniya və zülmlər barədə fəryadlarını dünyaya çatdıracaqlar.
Eurovision - 2012 mahnı müsabiqəsi may ayının 22-dən 26-dək paytaxt Bakıda keçiriləcək.