İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Siyasi İdarəsinin keçmiş rəisi Yədulla Cəvani Fars Xəbər Agentliyi ilə müsahibədə Azərbaycan Respublikası hökumətinin İslama ...
/Aran agentliyi
İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Siyasi İdarəsinin keçmiş rəisi Yədulla Cəvani Fars Xəbər Agentliyi ilə müsahibədə Azərbaycan Respublikası hökumətinin İslama yönəlik hərəkətləri o cümlədən mayın 26-da Bakıda homoseksualların paradının təşkil edilməsinə işarə edərək, deyib: İsrail rejiminin nüfuzuna xatir bəzi ölkələrdə hökumətlər tərəfindən bu kimi hərəkətlərin şahidi oluruq ki, onların rəftarları xalqlarının dini inancları və etiqadlarıilə uzlaşmır.
Cəvani əlavə edib: Tarixi təcrübələr sübut edib ki, hökumətlər öz xalqının etiqadlarına laqeyd münasibət bəsləyəndə və bu etiqadlara qarşı çıxanda, bu hərəkət onların zərərinə olur.
Vəliyyi-Fəqihin Sepahdakı nümayəndəsinin müşaviri Azərbaycan Respublikası əhalisinin müsəlman olduğuna və İslam etiqadına malik olduğuna diqqət çəkərək, deyib: Azərbaycan Respublikası hökumətinin bu hərəkəti xalqının qəzəbinə səbəb olacaq və xalqda öz hökumətinə qarşı bədbinlik hissi yaradacaq.
O, daha sonra dedi: Tarixi təcrübələrə əsasən, öz xalqı ilə qarşıdurmaya malik olan istənilən hökumətin dayaqları zəifləməyə başlayır və buna misal olaraq Türkiyəni göstərmək olar ki, laiklərin dini simvollara qarşı mübarizəsinə baxmayaraq, sonda ölkədə islamçılar iqtidara gəldilər və laiklər səhnədən kənarlaşdırıldılar.
Cəvani sonda deyib: Xalqın dini və islami inancları və etiqadları ilə mübarizə Qərbin, sionistlərin fitnəsidir ki, Azərbaycan Respublikası hökuməti bu məsələdən qafil olaraq, bu proqramların icrasında rol alıb. Halbuki, bilməlidirlər ki, bunun mənfi nəticələri onların hökumətinə qarşı yönəlmiş olacaq.