Səfərin məqsədi MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etməkdir
/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Moskvaya işgüzar səfərə yola düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Səfərin məqsədi MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etməkdir.