Tarix : 2012 May 16
Kod 30375

“Avroviziya” hə insane haqları yox

“Azərbaycan Respublikası hakimiyyəti ifadə azadlığının polisin güc tətbiqi ilə boğulmasına dərhal son qoymalıdır”
/Aran agentliyi

“Azərbaycan Respublikası hakimiyyəti ifadə azadlığının polisin güc tətbiqi ilə boğulmasına dərhal son qoymalıdır”. Bunu mayın 14-də polisin Bakının mərkəzində dinc etiraz aksiyasını dağıtmasından sonra “Amnesty İnternational”  bəyan edib.

Amnesty İnternational”ın Avropa və Orta Asiya üzrə proqram direktoru Con Dalhuzn deyib: “Beynəlxalq KİV-in “Avroviziya” müsabiqəsinə diqqəti dinc etirazçıların qarşısını almaq üçün polisi güc tətbiq etməkdən çəkindirmir. Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qadağanın aradan qaldırılması üçün təcili addımlar atmalıdır.

Biz bir daha “Avroviziya” təşkilatçılarına müraciət edərək onları Azərbaycanda ifadə azadlığına qarşı davam edən qəbuledilməz repressiyaları pisləməyə çağırırıq. Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qoyulan qadağaları götürmək və polisin kobud rəftarına görə cavabdehləri məsuliyyətə cəlb etmək üçün dərhal tədbirlər görməlidir. Dinc etirazçılara son təzyiqlər Azərbaycan hakimiyyətinin ifadə azadlığına münasibətinin göstəricisidir”.

Mayın 14-də İctimai Palatanın fəalları Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə cəhd göstərib. Polis meriya yaxınlığındakı əraziləri nəzarətə götürərək aksiyaya imkan verməyib.

  • Yazılıb
  • da (də) 2012 May 16