Tarix : 2012 May 16
Kod 30378

Tələbələr Azərbaycanın İrandakı səfirinə açıq məktub ünvanlayıblar

Əmir-Kəbir Universitetinin tələbələri Azərbaycan hökumətinin anti-islami hərəkətlərinə etiraz olaraq bu ölkənin İrandakı səfirinə açıq məktub ünvanlayıblar
/Aran agentliyi

Məktubun mətni belədir:

Azərbaycan Respublikası əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi bir halda bu ölkədə anti-din hökumətinin müstəbidliyi vasitəsi ilə Azərbaycan müsəlmanları ən az vətəndaşlıq hüququna malik deyillər və hər gün müxtəlif formalarda hökumətin təzyiqinə məruz qalırlar. Bir çox məscidlər bağlanmaq və yaxud sökülmək ərəfəsindədir və gənclərin məscidlərə daxil olması çoxlu məhdudiyyətlərlə üz-üzədir. Dini və əzadarlıq mərasimlərinin keçirilməsi çox kəskin maneələrlə qarşılaşıb və hicaba qarşı qanunların təsdiqlənməsi bu ölkə qadın və qızlarını bir çox problemlərlə üzləşdirib. Belə olduğu bir halda bu sahədə hər hansı bir etiraz ölkənin təhlükəsizlik qüvvələrinin kəskin repressiyası ilə üzləşir.

Bir müddətdir ki, Azərbaycan dünyanın ümumi fikrində azğın homoseksual qruplar üçün əmin yer kimi izah olunur. Bu arada bütün təəssüfləndirici xəbərlər Azərbaycan hökumətinin ayıqlıqla islamofobiya siyasətindən söz açır. Bu ölkədə minlərlə homoseksualın bir yerə toplaşması və parad keçirməsi daha çox təəssüfləndirici bir məsələdir. Belə ki, bu məsələ dünyanın hər bir yerində, o cümlədən İslami İranda hər bir müsəlmanın ruhunu yaralayır. Bu yaralar qətiyyən nazir müavini, xarici işlər naziri və yaxud hətta prezident səviyyəsində diplomatik və simvolik görüşlərlə sağalmır və mütləq yaxın gələcəkdə Azərbaycan və İranın müsəlman xalqlarının ictimai reaksiyaları ilə üzləşəcək.

  • Yazılıb
  • da (də) 2012 May 16