Tarix : 2012 May 16
Kod 30379

Polis dindar qadınları təhqir etdi

Xəbər verdiyimiz kimi bu gün ilahiyyatçı Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib
/Aran agentliyi

Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin qarşında hacı Abgül Süleymanova mənəvi dəstək vermək istəyən inanclı insanlarla dolu olub. Amma həmişə olduğu kimi, boş bir ərazidə dayanan, gediş-gəlişə mane olmayan insanlar polis tərəfindən təzyiqlərə məruz qalıb. Polislər sanki insanların bir yerdə dayanmasından ehtiyyatlanaraq hamı tez bir zamanda dağıtmağa çalışıb. Polislər qadınları təhqir etməkdən belə çəkinməyiblər. Belə ki, qadınlarla kobud danışan polisə öz iradını bildirən xanımlardan birinin “xahiş edirəm bir az mədəni davranın, qışqırmayın” sözlərinə polis nəfəri “mədəniyyətsiz sənsən” deyə kobud cavab verib.

Qeyd edək ki, məhkəmənin qarşısında hər hansı insident baş verməsə də əraziyə toplanmış polislər insanlara narahatlıq yaradıb.

islamazeri

  • Yazılıb
  • da (də) 2012 May 16