AİP-in qonaqları siyasi qurumun tarixi, fəaliyyəti problemləri ilə maraqlanmışlar
/Aran agentliyi
Azərbaycan İslam Partiyası (AİP) mətbuat xidmətindən İslaminsesi.az-a daxil olan məlumata görə, bu gün AİP mərkəzi qərargahında Almaniyanın “Frank Furd” qəzetinin Moskva müxbirləri ilə görüş keçirilimişdir.
AİP-in qonaqları siyasi qurumun tarixi, fəaliyyəti problemləri ilə maraqlanmışlar.
Mətbuat nümayəndələrinə AİP-in Nizamnamə və Məramnaməsi barədə geniş məlumatlar verilmiş və partiyanın daim təzyiq altında olduğu qonaqların nəzərinə çatdırılmışdır.
Qeyd edilmişdir ki, partiya rəhbərliyi hakimiyyətin apardığı siyasəti kəskin tənqid etdiyinə, dini atributlara qarşı basqılara etiraza görə ağır ittihamlara məruz qalaraq 12 il həbs cəzası ilə cəzalandırılmışdır.
Partiyanın mənzil qərargahının qanunsuz olaraq həbs olunması nəticəsində qurumun siyasi fəaliyyətində böyük çətinliklərlə qarşılaşmışdır.
Daha sonra qonaqlara vicdan məhbusları barədə ümumi məlumatlar verilmişdir.
Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulması, siyasi partiyaların azad fəaliyyətinə, insanların adi konstitusion hüquqlarının məhdudlaşdırılması xüsusi qeyd edilmişdir.
İslamçıların avrovisiona münasibəti ilə maraqlanan jurnalistlərə “Biz bu tədbirin həyata keçirilməsində Azərbaycan xalqı üçün heç bir xeyir gözləmirik. Burada əsas maraq güdən tərəf hakimiyyətdir. Geyparad kimi üzdəniraq mənzərə isə xalqımıza rəzillik və alçaldıcı addımın gətirə biləcəyi nəticədən başqa bir şey yoxdur” cavabı verilmişdir.
Görüşdə AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli və Nardaran ağsaqqallar şurasının, islamçıların hüquqlarının müdafiə komitəsinin sədri Natiq Kərimov iştrak etmişlər.
İslamın Səsi