Mövzu ilə bağlı İslamınsəsi.az xəbər portalına AİP sədrinin birinci muavini İnqilab Əhədli məlumat verib
/Aran agentliyi
HaqqYolu - İ.Əhədli bildirib ki, biz İİR-ın rəsmi dəvəti ilə may ayının 12-13 İranın Ərdəbil şəhərində təşkil olunmuş “İslam dünyasının risaləti Zaqafqaziya regionlarında” adlı konfransda iştirak üçün səfər etdik.
Konfransda Azərbaycan Respublikasından əlavə 13-ölkədən iştirak edən qonaqlar var idi. Bu qonaqlardan əlavə də məclisdə İİR-ın müxtəlif bölgələrindən iştirak edən mötəbər şəxslər var idi. Adından bəlli olduğu kimi “İslam Dünyasının Risaləti Zaqafqaziya regionlarında” çox möhtəşəm Konfrans aktual məsələyə həsr olunmuşdu. Tədbirdə əsasən İslamda ümümi vəhdətə nail olmağın əhəmiyyətindən geniş bəhs olundu və bunun İslamın qarşısında duran mühüm problemlərin həlli üçüç vacibliyi q1eyd edildi, danışıldı.
Tədbirdə çox nüfuzlu ruhanilər və siyasət adamları iştirak edirdilər. Onların içərisində AİP-in sədir əvəzi Elçın Manafov, muavinlərindən isə İnqilab Əhədli və Rövşən Əhmədli də iştirak etdilər. Tədbiri isə İİR-ın Ərdəbil şəhərinin İmam Cüməsi Höccətül İslam vəl Muslimin Seyyid Həsən Amuli təşkil etmişdi. Tədbirdə ümumən İslam dünyasında baş verən hadisələrdən İslamafobiaya dan, məxsusən də Azərbaycanda son zamanlarda baş verən məscid söküntüləri, azana olan qadağalar, Hicab problemi və təşkil olunan “Avrovizia” və “Gey Parad “ barəsində danışıldı.
Bu problemlər barədə nəinki İİR-ın alimləri tərəfindən, eyni zamanda 13 ölkə tərəfindən gələn nümayəndələrdən də fikirlər səsləndirildi, etirazlar olundu. Ümumiyyətlə Azərbaycanda baş verən bu kimi hadisələr tədbirdə iştirak edən şəxslər tərəfindən baykot olundu. Bu tədbirdə şəxsən mən özüm də çıxış elədim və çıxışımda vurğuladım ki, bu gün Azərbaycanda bəzi məmurlar və bəzi öyrədilmiş şəxslər tərəfindən belə bir sözlər səslənir ki, İranın din xadimləri Azərbaycanın daxili işlərinə qarışırlar. Ancaq mən də bunu bir daha xatırlatdım ki, Müctehid, Ayətullah üçün məkan məvhumu yoxdur. Yəni Ayətullahlar və din xadimləri hər hansı bir qərarı verəndə bu qərarı hər hansı bir ölkə üçün deyil, İslamın şəriətinə uyğun və onun xeyrinə olaraq deyirlər. Necə ki, əziz Peyğəmbərimizin bir hədisi var, “əgər bir müsəlman məğribdə fəryad eləyə və imdad diləyə ki, mənim dini etiqadıma, qeyrət - namusuma, milli mənəvi dəyərlərimə təcavuz var və bu fəryada da məşriqdəki müsəlman heç olmasa bir dərindən of deməsə bu müsəlman mənim ümmətimdən deyil”. Bu gün də bu alimlər bu hədisə əsasən Azərbaycandakı müsəlmanların səsinə səs verib onlara kömək olmağa çalışırlar. Bundan əlavə İranla Azərbaycan arasında məğriq və məşriq məsafəsi yoxdur , İran və Azərbaycan dost və qonşu ölkələrdir. Dostluqdan əlavə isə İranla Azərbaycanın dini, əqidəsi, eyni olan ölkələrdir.
Bir daha sübut olunur ki,İran İslam Respublikasının alimləri bunu subut edirlər ki, onlar Azərbaycanın daxili işlərinə qarışmırlar və əksinə olaraq din qardaşlarına kömək edib haraylarına səs verirdilər.
Ümumilikdə bu konfrans çox gözəl şəkildə bəyənildi və təqdirəlayiq sayıldı.
İslamın Səsi