/Aran agentliyi
İran İslam Respublikasının Bakıdakı səfirliyi Bəyanat yayıb. Bəyanatda deyilr: “Ötən cümə günü İran İslam Respublikasının Bakıdakı Səfirliyinin binası qarşısında keçirilən mütəşşəkil aksiyada qeyri-qanuni və işğalçı sionist rejimin amilləri olan aldanmış və İslama düşmən qüvvələrin əlində alətə çevrilmiş bir qrup şəxs tərəfindən dünya şiələrinin rəhbəri və İslam ümmətinin vəli fəqihi Ayətullah Əl-Üzma Xamenei həzrətlərinin müqəddəs məqamına ünvanlanmış təhqirlər hər bir azadə insanın qəlbini ağrıtmışdır”.
Bəyanatda iddia olunur ki, bu aksiya “Azərbaycan Respublikasında olan bəzi daiərələr tərəfindən istiqamətləndirilən və icra olunan sifariş olmaqla yanaşı, regionda qərb və sionist dairələr tərəfindən yaradılan anti-islam cərəyanları ilə tam olaraq əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır.
Dünyanın digər yerində ilahi hidayət kitabı və dünyada milyonlarla müsəlmanın etiqad və iman simvolu sayılan “Qurani Kərim”in dinsiz ekstremistlər tərəfindən yandırıldığı bir zamanda, dünyanın bu yerində hər zaman müsəlmanların İslam və iman amallarının əbədi keşiyində duran diyarlardan biri sayılan müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhhbəri və vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur.
Çox təəccüb doğuran məqam bundan ibarətdir ki, bu kimi aksiyanı planlaşdıran qüvvələr bilmirlər ki, dünya şiələrinin liderinin ardıcılı olan milyonlarla insanın, xüsusilə İran İslam Respublikasının azəri dilli vilayətlərində onun yolunda canlarını qurban verməyə hazır olan qeyrətli insanların dini hisslərinin təhrik edilməsi, habelə qəzəb və kin hisslərinin coşdurulması bu kimi gücsüz və alçaq ssenarilərin müəllifləri üçün nə dərəcədə təhlükəli nəticələr verə bilər.
İran İslam Respublikasının Səfirliyi bu düşmən və cinayət xarakterli addımı kəskin pisləməklə yanaşı, bu hadisə ilə münasibətdə ikrah hissini bildirir və onu düzənləyən amillərə xəbərdarlıq edərək deyir ki, bu əsla izaholunmaz bir addımdır. Azərbaycan Respublikası dövləti bu kimi təhqirlərə dərhal reaksiyasını bildirməli və onun amillərini cəzalandırmalıdır.
Şübhəsiz ki, bir qrup etnik separatçı ilə siyasi-iqtisadi güclərlə bağlantısı olan təhrik edilmiş gənclərin iştirakı ilə təşkil edilən bu kimi sifariş xarakterli aksiyalar, İslamın mübariz fəqihi, düşüncə sahibi və qəlbi sayılan bu böyük şəxsiyyət və alimin aləmə nur saçan simasına şər kölgəsi sala bilməz.
Qətiyyətlə qeyd etmək istəyirik ki, bu kimi təxribat və düşmən xarakterli addımlar əməli şəkildə İslam hökmləri və təlimlərinə qayıdışın iqtidarlı cərəyanının daha da genişlənməsinə, İslamın yayılmasına və Azərbaycan Respublikasının müsəlman xalqının ayıq-sayıqlığının daha ada artmasına səbəb olacaq.
Bir müddət öncə İslam dünyasının mədəniyyət paytaxtı adlandırılan Bakı şəhərində, indi İslamın və islam mədəniyyətinin obyektiv simvoluna təhqirlərin ünvanlanması çox təəssüf doğurur.
Çox təəssüfləndirici məqamlardan biri də bundan ibarətdir ki, Qafqaz Müsəlmanları İdarəsinin bəzi yolunu azmış amilləri və ünsürləri “qey paradın” keçirilməsinə ciddi və əməli etirazlarını bildirmək əvəzinə, İslamın və şiə aləminin simvoluna təhqirlərlə müşayət olunan tədbirə qatılırlar.
Təəssüflər olsun ki, gözləntilərə rəğmən aidiyyətli məsul şəxslər bu kimi cinayətlərin və təhqiramiz addımların amillərini cəzalandırmaq əvəzinə növbəti ehtiyatsızlıq edərək bu Nümayəndəliyin binası önündə 16.05.2012-ci il tarixində növbəti aksiyanın keçirilməsinə imkan vermələri təəssüf hissi doğurur.
Saxta və qondarma bəhanələrlə atılan bu kimi və ona oxşar addımlar qərbin və çökməkdə olan sinost rejiminə canfəşanlıqla xidmət etmək istiqamətindədir.
Azərbaycan Respublikasının zəkalı və düşüncəli xalqı, eləcə də dünyadakı qeyrətli azərbaycanlılar, İslamla düşmənçilik, dini inanclara hassaslıq məsələsində laqeydliyin təbliğ edilməsi, eləcə də işğal prosesinin uzanması və Azərbaycan Respublikasının ərazi bütövlüyünə xəll vurulması ardınca olan xain dairələrin planlarından agahdırlar.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi”
HaqqYolu