Tarix : 2012 May 16
Kod 30384

Dini hövzələr Azərbaycan Respublikası hakimlərinin anti-din siyasətlərini pisləyiblər

Azərbaycan Respublikasında İslami Oyanış adlı konfransda Qum dini elmlər hövzəsinin tələbələri və ruhaniləri bu ölkə rəsmilərinin imperialist və sionist siyasətlərini tənqid edərək ...
/Aran agentliyi

Azərbaycan Respublikasında İslami Oyanış adlı konfransda Qum dini elmlər hövzəsinin tələbələri və ruhaniləri bu ölkə rəsmilərinin imperialist və sionist siyasətlərini tənqid edərək Qüdsü işğal etmiş rejimin bayrağını yandırıblar.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Məsumiyyyə dini elmlər mədrəsəsinin bəsic orqanı tərəfindən dünyanın 2-ci şiə ölkəsi Azərbaycan Respublikasında İslami Oyanış adlı konfrans 15 may çərşənbə axşamı günü bu mədrəsənin konfranslar zalında tələbə və ruhanilərin iştirakı ilə keçirilib.

Bu konfrans Səhər telekanalının məhbus yerli jurnalistini təqdir etmək və müqavimət hədiyyəsi ilə simvolik mükafatlandırılması, Azərbaycan hökumətinin islamofobiya siyasətində sionizmin rolunun araşdırılması, şiə məzhəbli rəhbərlərin həbs olunmasının pislənilməsi, bayağı musiqi müsabiqəsi və homoseksualların paradının keçirilməsinin pislənilməsi məqsədilə keçirilib.

Ərdəbil ostanının əhalisinin İslam Şurası Məclisindəki millət vəkili Mənsur Həqiqətpur bu mərasimdə Azərbaycan Respublikasında yüzlərlə məscid, imamzadə, onlarla böyük müctəhid və məşhur alimin mövcud olduğuna toxunaraq Azərbaycan Respublikası hökumətinin imperialist siyasətlərini pisləyib və deyib: Dini və islam düşüncəsinin dəyişilməsi, bəzi məntəqələrin görüntüsünün dəyişilməsi, məzhəb simvollarına ciddi şəkildə qarşı çıxmaq, kitab yandırmaq, alimlərə hörmətsizlik, məscidlər və dini elmlər hövzələrinin bağlanması, islam təqviminin milad təqviminə dəyişdirilməsi, cümə günü istirahət gününün bazar günü istirahət gününə dəyişdirilməsi, kino kimi incəsənət əsərləri ilə anti-din təbliğatı, şiə ruhanilərinin lağa qoyulması, müxtəlif bölgələrin adlarının dəyişdirilməsi, separatçı qrupların yaradılması, müsəlmanlar üzərində sərt informasiya tədbirləri və tarixin saxtalaşdırılması bu ölkədəki anti-din proqramlardandır.

Bu konfransın davamında Dini Elmlər Hövzələri rəhbərinin beynəlxalq məsələlər üzrə müavini höccətülislam Məhəmməd Həsən Zamani ilahi vədlərə əsasən zalımın məhv olacağına və dünyanın hər bir yerində tövhid bayrağının dalğalanacağına toxunub və bildirib: Bu ilahi vəd asanlıqla əldə olunmur və tələbə və ruhanilər İmam Zamanın (əc) əsgərləri kimi geniş mədəni mübarizələr üçün hazırlamalı və hesab etməlidirlər.

Haqq Yolu müəssisəsinin müdiri Hacı İsgəndər Hüseynov bu konfransında digər bir hissəsində Azərbaycan Respublikası xalqı arasında islamın məhv edilməsində sionizmin rolunu araşdırıb və deyib: Azərbaycan xalqını İran İslam Respublikasına qarşı bədbin etmək, fəsadın genişləndirilməsi, məzhəbin formalaşdırılması, hökumətləşdirilməsi və şiə məzhəbinin sünni məzhəbinə dəyişdirilməsi sionizmin Azərbaycandakı fitnələrindəndir.

  • Yazılıb
  • da (də) 2012 May 16