Deyirlər Azərbaycan-İran münasibətləri gərginləşir. Demirlər İran dövlətinin Əliyevlərlə münasibəti gərginləşir
/Aran agentliyi
Deyirlər Azərbaycan-İran münasibətləri gərginləşir. Demirlər İran dövlətinin Əliyevlərlə münasibəti gərginləşir. Əliyevləri xəyanətkar, korrupsioner, çevrilişlə hakimiyyəti qəsb etmiş ailə sayan simalar da Əliyevlərə qarşı addımı Azərbaycana qarşı addım kimi qəbul edir. Hər halda reaksiyalar belədir.
İranın sözü nədir? İran Əliyevləri İslam dünyası ilə əsrlik problemi olan İsraillə dostluqdan çəkinməyə çağırır. İran Əliyevləri İslam əxlaqına zidd Eurovision kimi tədbirlər arxasınca qaçmamağa çağırır. Elə bu iki nöqtə ətrafında danışaq. Əliyevlərin İsrail, ABŞ ya Qərb dövlətləri ilə dostluğu ailəyə görədir yoxsa xalqa görə? Əliyevlərin milyonlar xərclədiyi Eurovisionun xalqa nə faydası? Bunu İranla ağız-ağıza müxalifət də deyir. Bəs necə olur ki, eyni fikirlər İrana qara, müxalifətə qırmızı libas biçir? İstənilən tanınmış müxalifətçidən soruşaq: Əliyevlərin hakimiyyəti qanunidirmi? Tərəddüdsüz yox deyəcəklər. Bəs necə olur ki, Əliyevlərə qarşı addım Azərbaycan dövlətçiliyinə qarşı addım kini dəyərləndirilir? Azərbaycan dövlətçiliyindən Əliyevlərə nə? Bu dövlətçiliyin birinci düşməni onlar deyilmi?!
Amma... İrana qarşı dövlətçilik maraqlarından da çıxış etmək olar. Məsələn, Xəzər məsələsi. Xəzərin bölünməsi məsələsi İran-Azərbaycan münasibətlərində gərgin nöqtə sayıla bilər və sayılmalıdır. Əslində isə Xəzər mövzusu Əliyevlərin vecinə deyil. Eurovisiona veriləın diqqət hara, Xəzərə diqqət hara! Əliyevlər ailə maraqlarına min Xəzər, min Qarabağı qurban verər.
İran həddi aşırsa Əliyevlərə qarşı aşır və bunun Azərbaycan dövlətçiliyinə, sadə azərbaycanlıya heç bir mənfi təsiri yoxdur. Çünki İran olsa-olsa xalqı dilənçi kökünə salmış Əliyevlərin yola salınmasında yardımçı ola bilər. Bu da mümkündür ki, İranın İslam prinsiplərinə söykənən siyasi, ideoloji tələbləri yerinə yetirilsə, məsələn İsrailin maxinasiyalarından olan Eyurovision kimi layihələrə son qoyulsa, Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı müəyyən güzəştlər ala. Olsun ki, Azərbyavcanda hakimiyyətdə olan qüvvə İslama, xalqa sədaqət göstərsə, sionizm və xaçpərəstlərə nökərçilik etməsə, məsələn Xəzər problemi avtomatik həllini tapar, İran Ermənistanla əlaqələri məhdudlaşdırar. İranın Azərbaycan xalqı ilə problemi olsa gömrüklər sadə xalqın üzünə açıq olmaz. İrana get-gəli olan bütün azərbaycanlılar etiraf edir ki, İran gömrük işçiləri özümüzkülərdən qat-qat insaflıdır.
İranda Azərbaycan dili problemi hansı səviyyədədir? Müxlifətçilərin əsas ittihamlarından biri budur ki, həmvətənlərimizin ana dilində təhsil almaq imkanı yoxdur. Problemin böyüklüyü onun həllindəki çətinliklərin ölçüsü ilə müəyyənləşir. Hansı daş ağırdırsa o daşı qaldırmaq çətindir. Yol üstündəki xırda daşlar nə qədər əngəl olsa da onları yoldan yığmaq çətin deyil. İranda yaşamaq lazımdır ki, görəsən İranda azərbaycanlılar və küçə-bazarda azərbaycan dili çox azadddır. Azərbaycanlı üçün təhsil almaq, dövlət posti tutnmaqda heç bir problem yoxdur. Qalır Azərbaycan dilində məktəblər. İran rəsmiləri Aazərbaycan dilini İran üçün problem saymır. Sadəcə bu dildə məktəblərin açılması üçün milli iradə ortaya qoyulmalıdır. İran dövləti bir gün bunu problem saysa qısa zamanda həll edəcək. Əlbəttə ki, bunu İrandakı azərbaycanlılar bizim müxalifət liderləri qədər istəməlidir. Hələ ki İran cəmiyyətində belə bir problem nəzərə çarpmır. Bu sahədə iş getmədiyini də düşünmək düzgün olmaz. Qalır Ertmənistanla münasibətlər. Hazırkı hakimiyyət, daha doğrusu Əliyevlər rejimi durduqca bu sahədə dəyişiklik gözlənilmir. Əslində Bakının İsraillə 1,6 mln dollarlıq hərbi sövdələşməsindən sonra Tehran İrəvanda baza açmalı idi. Yəni düşmənçilikdə Əliyevlərin sürəti İrandan aşağı deyil. Bəli, İran bizim problem saydığımız işləri qısa müddətdə həyata keçirə bilər. Bəs Qarabağ necə? Onu da qısa müddətdə həll edə bilərikmi? Onu İran həll etməlidirmi? Əliyevi İran qarşısında müdafiə edən müxalifətçilər hiss etmirmi ki, hansısa qüvvə Əliyevlər və Qarabağ problemi İranla münasibətləri gərginləşdirməklə arxa plana keçirmək istəyir. Axı Azərbaycanda hamı ana dilində təhsil alsa da xoşbəxt deyil. Çünki dildən böyük Əliyevlər və Qarabağ dərdi var.
Bundan əlavə, İran istər Ermənistanla münasibətləri, stər türk dilində təhsili daxili işi saya bilər. Desək ki, İsraillə dostluq və Eurovision da Azərbaycanın daxili işidir, düz çıxmaz. Çünki Azərbaycan xalqının İsraillə dostluqdan və Eurovisiondan qara qəpik xeyiri yoxdur. Xeyir Əliyevlərindir. Belə bir vəziyyətdə müxalifət nə üçün Əliyevlərin xeyirinə danışmalıdır. Qoy Azərbaycanda əsil milli hökumət qurulsun, gizli sövdələşmələr üzə çıxsın, sonra görək İsraillə dostluqda, Eurovisionda Azərbaycan xalqının xeyiri olub ya yox. Amma İran dövlətini fundamentalist saysaq belə ailə hakimiyyəti adlandıra bilmərik. Bu ölkədə ideologiya var və ideologiyaya sədaqətli insanlar dövlət qulluğuna götürülür. Əliyevlər haqqında bu sözü demək olmaz. Demək, Tehranın Ermənistanla dostluğundan hansısa fars ailəsinin cibi dolmur, amma Əliyevlərin İsraillə dostluğu sırf ailə mənafelərinə xidmət edir.
Altay Ramazan
HaqqYolu