3 ay öncə saxta ittihamla İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin həbs olunmuş yerli sürücüsü Ramil Dadaşov bu gün çərşənbə həbsdən azad edilib
/Aran agentliyi
3 ay öncə saxta ittihamla İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin həbs olunmuş yerli sürücüsü Ramil Dadaşov bu gün çərşənbə həbsdən azad edilib.
Azərbaycan Respublikasında islamçı fəalların 3-cü dalğası və müstəqil və tənqidçi jurnalistlərə qarşı təzyiqlə yanaşı bu ölkə polisi fevral ayının 16-da İranın Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli sürücüsü Ramil Dadaşov və yerli jurnalisti Anar Bayramlını gecə ikən mənzillərində həbs edib və yaxınlarının dediklərinə görə polis şöbəsində onların ciblərinə narkotik maddələr atılıb.
Bu məlumata əsasən narkotik maddələri daşımaqla bağlı saxta ittihamın sübut olunmaması, eləcə də Ramil Dadaşovun qan analizlərində cavabların mənfi olduğuna görə məhkəmə onun azad etməyə məcbur olub.
İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti Anar Bayramlının məhkəməsi bu həftə cümə günü Bakıda keçiriləcək.
Yerli jurnalistin vəkili Anar Qasımlı narkotik maddələrlə bağlı ondan götürülən qan analizlərinin cavablarının mənfi olması və ona qarşı irəli sürülən ittihamların saxta olmasını qeyd edərək müvəkkilinin azad olunmasını vurğulayıb.
İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti və sürücüsünün saxta ittihamlarla həbsi Azərbaycan Respublikası, İran və media dairələrində geniş reaksiyalarla üzləşib.
İranın Bakıdakı səfirliyi iki sərt nota verərək İran Teleradio Təşkilatının iki yerli işçisinə qarşı irəli sürülən ittihamları əsassız hesab edib, onların dərhal azad olunmasını istəyib, bu hərəkətin amillərinin cəzalandırılmasını qeyd edib və bu məsələnin münasibətlərə, xüsusilə də media səhnəsində mənfi təsirlərə malik olması ilə əlaqədar xəbərdarlıq edib.
İranın mədəniyyət və islami irşad naziri, xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini, bir qrup İslam Şurası Məclisinin millət vəkili, o cümlədən Lalə İftixari və Fatimə Alya Azərbaycan Respublikasının bu hərəkətini pisləyərək bu şəxslərin azad olunmasını istəyiblər.
Azərbaycan Respublikasının onlarla partiya və təşkilat rəhbərləri, o cümlədən Vəhdət, Yaşıllar, İslam, Birlik, Solçu Demokratik partiyaları, Ziyalılar Forumu, Sülh və Demokratiya Müəssisəsi, Qarabağ Azadlıq Təşkilatı İşgəncələrlə Mübarizə komitəsinin direktoru, Helsinki Vətəndaş Cəmiyyətinin nümayəndəsi, İnsan Haqları Uğrunda İctimai Birliyi Ramil Dadaşov və Anar Bayramlının həbsini sifarişli adlandırıb və onların azad olunmasını istəyib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Bakıda yerləşən Mətbuat Hüququ Müdafiə müəssisəsi, Sərhədsiz Reportyorlar Təşkilatı və Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə komitəsi də ayrı ayrı bəyanatlarda bu ittihamları əsassız sayaraq adı çəkilən şəxslərin dərhal azad olunmalarını istəyiblər.
Beynəlxalq Amnistiya Təşkilatı da yeni hesabatında Azərbaycan Respublikasında Beynəlxalq Səhər telekanalının həbs olunmuş jurnalisti Anar Bayramlıya qarşı ittihamların əsassız olduğunu vurğulayıb və onun dərhal azad olunmasını tələb edib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında ildirilir: Anar Bayramlıya qarşı saxta və əsassız ittihamlar siyasi qərəzlərlə baş verib və buna görə də bu jurnalist siyasi məhbus hesab olunur və Azərbaycanın laik hökuməti azad informasiya, xüsusilə də bu jurnalistin dini məsələlər barəsindəki informasiyasının qarşısını almaq məqsədilə onu əsassız və saxta ittihamlarla həbs edib