İlham Əliyev və hökumətinin Azərbaycan Respublikasında getdiyi yol Səddamın İraqda və Taliban qruplaşmasının Əfqanıstanda getdiyi yoldur və bədbəxtliklə üzləşdilər
/Aran agentliyi
Azərbaycan Respublikası məsələləri üzrə siyasi ekspert Fərdad Əfzəli Təbrizi deyib: İlham Əliyev və hökumətinin Azərbaycan Respublikasında getdiyi yol Səddamın İraqda və Taliban qruplaşmasının Əfqanıstanda getdiyi yoldur və bədbəxtliklə üzləşdilər.
Fərdad Əfzəli Təbrizi bildirib ki, mövcud mülahizələri nəzərə alaraq İlham Əliyevin də aqibəti Səddam və Talibanın aqibəti kimi fəlakətli olacaq.
Azərbaycan Respublikası məsələləri üzrə bu ekspertin sözlərinə görə, İlham Əliyev hökuməti Təbriz əhalisinin xeyirxahlıq hərəkətinə hörmətsizliklə cavab verdi. Bu hörmətsizlik Əliyevlərin Azərbaycan Respublikasın hökumətinin qara tarixində qeydə alındı və qətidir ki, Əliyevlər hörmətsizliklərinin cavabında təbrizlilərin möhkəm şilləsini də alacaqlar.
“Bakıda sionizmə aldananların Vilayət Fəqihin pak müqəddəsliyinə hörmətsizliyi Təbrizin dindar əhalisinin kənarından keçəcəyi asan bir məsələ deyildir. Vəliyyi Fəqih Həzrət Ayətullahül-üzma Xamenei Azərbaycan, İran, islam dünyası və bütün dünya azadlarının fəxridir. Sionistlər və onların nökərləri bu həqiqəti dərk etməkdə acizdirlər və dərklərinin nöqsanlı olduğuna görə Bakıda son hörmətsiz hərəkəti etdilər. Bu hərəkət diş sındıran bir cavabı alacaq və ilahi qüvvəsi və köməyi ilə Azərbaycan Respublikası xalqı da bu zalım və fəsadlı tayfanın çirkin vücudundan xilas olacaq” –deyə Fərdad Əfzəli Təbrizi bildirib
Səhər TV