Tarix : 2012 May 17
Kod 30399

Mühəqqiq Ərdəbili Universiteti AR hökumətinin biabırçı hərəkətini pisləyib

Mühəqqiq Ərdəbili Universitetinin qurumları bu universitetin müəllim və işçiləri ilə birlikdə etiraz aksiyası keçirərək Azərbaycan Respublikası hökumətinin ...
/Aran agentliyi

Mühəqqiq Ərdəbili Universitetinin qurumları bu universitetin müəllim və işçiləri ilə birlikdə etiraz aksiyası keçirərək Azərbaycan Respublikası hökumətinin biabırçı hərəkətlərini pisləyiblər.

Ərdəbil Tələbə İnformasiya Agentliyinin məlumatına görə, Mühəqqiq Ərdəbili Universitetinin qurumları ötən gün bu universitetin müəllim və işçiləri ilə birlikdə günorta namazını qıldıqdan sonra universitetin məscidi qarşısında aksiya keçirərək Bakıda gey paradın ləğv olunmasını istəyiblər.

Bu etiraz aksiyasında müəllim və tələbələr əllərində plakat daşıyıb, inqilabçı şüarlar səsləndirib və Azərbaycan Respublikası hökumətinin bu utandırıcı hərəkətinə qarşı öz nifrətini elan ediblər.

Bu aksiyanın sonunda Mühəqiq Ərdəbili Universitetinin qurumlarının Azərbaycan Respublikası hökumətinin utandırıcı hərəkətlərini pisləyən bəyanatı oxunub.

Ərdəbil ostanı universitetləri, xüsusilə də bu ostan universitetlərinin bəsic qurumları bəyanat verərək və etiraz aksiyası keçirərək Bakıda utandırıcı festivalın ləğv olunmasını tələb ediblər

  • Yazılıb
  • da (də) 2012 May 17