Tarix : 2012 May 17
Kod 30400

İslamçıların Apellyasiya Məhkəməsi başa çatdı

Ağır Cinayətlərə dair Məhkəmənin qərarı qüvvədə qaldı
/Aran agentliyi

 

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin Ağır Cinayətlərə dair Məhkəmədə onlara verilən hökmlə bağlı apellyasiya şikayətinə baxılıb. Aldığımız məlumata görə, 7 oktyabr 2011-ci ildə Ağır Cinayətlərə dair Məhkəmədə verilən qərar qüvvədə saxlanılıb və heç bir dəyişiklik edilməyib.

Xatırladaq ki, Eldar İsmayılovun hakimlik etdiyi Ağır Cinayətlərə dair Məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Fəramiz Abbasov 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunmuşdu.

  • Yazılıb
  • da (də) 2012 May 17