Əliyev rejiminin iqtidarı barədə əfsanələrin puç olması elə 20 faiz torpaqların işğalından məlum idi
/Aran agentliyi
Əliyev rejiminin iqtidarı barədə əfsanələrin puç olması elə 20 faiz torpaqların işğalından məlum idi. Amma çoxları düşünürdü ki, bu rejim heç olmaya Bakının mərkəzində “müqəddəs yevrovijni” qoruya biləcək. Heç demə bu rejimin bir veb-saytı qoruyacaq gücü yoxmuş. Bir müddət öncə Facebook-da səhifə açan qeyri-leqal Azərbaycan Fədailər Dəstəsi Əliyev rejiminə xəbərdarlığın ardınca işə keçib və İsrail veb-mühəndislərinin qoruduğu Eurovision.az saytını dağıdıb. Bu arada ANN.az da duruş gətirməyib. ANN.az-ın dağıdılması səbəbi hələ ki aydın deyil.
Hakerlər saytda təbliğat stendi və aşağıdakı informasiyanı yerləşdirib:
“Əliyev rejiminin Azərbaycan fədailəri müqavimət dəstəsinin “Evrovision” müraciətindəki ultimatumuna biganə yanaşmasına cavab olaraq, Cyber Döyüşçüləri Azərbaycan Fədailəri Müqavimət Dəstəsinə dəstək verərkən bu veb-saytı sıradan çıxardı. AMDFin tələbi “Evrovision” və gey paradı ləğv etdirmək, əks təqdirdə Əliyev rejiminin qurtaracağı yoxdur”.
Bu hadisəni Kristal Zalın sütunlarının silkələnməsi kimi dəyərləndirmək olar. Müqəddəs “Azərbaycan Dövlətçiliyi” adını qəsb etmiş cinayətkar və korrupsioner Əliyev dəstəsinin Fədailər dəstəsinin qarşısında acizliyi təbii görünür. Çünki bu insanlar həmişə təkcə ailə mənafelərini düşünüblər. Bu da axırı!..
HaqqYolu