Tarix : 2012 May 18
Kod 30408

AİP lideri Mövsüm Səmədov Azərbaycan xalqına müraciət etdi

''Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq''
/Aran agentliyi

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Azərbaycan xalqına müraciət edib. O, müraciətində ölkədə baş verən siyasi-ictimai proseslərə münasibət bildirib. Səmədovlar ailəsindən FaktXeber.com-a təqdim olunan müraciətin tam mətnini sizlərə təqdim edirik.

 “Təəssüflər olsun ki, Azərbaycanda baş alıb gedən haqsızlıq və ədalətsizlik davam etməkdədir. Bunu bir ilə yaxındır ki, ictimaiyyətin gözü önündə keçirilən məhkəmə prosesləri bir daha sübut etdi. Heç bir dəlil və sübut olmadan, siyasi sifariş nəticəsində günahsız insanları, xüsusən ruhanilər, dindarlar və möminlər zindanlara salınıblar. Mütəşəkkil dəstənin yaradılması, hakimiyyəti zorla ələ keçirmə, ictimai təhlükəsizliyi pozmaq və sairə kimi yalançı ittihamlara məruz qalan insanlar, əslində hazırkı iqtidarın haqsızlıq və ədalətsizlikləri qarşısında susmadıqlarına görə həbs ediliblər. Baş verənlər heç də ictimaiyyətdən gizlin deyil. Cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada böhran yaşanmasın. Xüsusən son illər ərzində ölkəmizdə dini və milli-mənəvi dəyərlərə qarşı günbəgün artan islamafobiya dalğası nəinki müsəlman Azərbaycan xalqımızı, eyni halda böyük İslam aləmini hiddətləndirib. Bu gərginliklər içərisində hicab qadağasını xüsusi qeyd etmək istəyirəm. Ölkədə cavanların əxlaqsızlıq, pozğunluq və narkomaniyada qərq olduğu və ictimaiyyətin həyəcan təbili səsləndirdiyi bir dövrdə, dövlət tərəfindən atılmış hicab qadağası hansı məntiqə xidmət edir?

Bir tərəfdən xalqımız öz dini və milli mənəvi dəyərlərinə yiyələnməsinin qarşısı alınır, digər tərəfdən isə xalqımıza yad olan və sağlam insan əqidəsinə, fitrətinə və düşüncəsinə zidd olan müsabiqələr və “dəyərlər” millətimizə aşılanır.

90-cı illərdə xalqımız üçün gözəllik müsabiqəsi keçirən, bu gün isə müqəddiməsi “musiqi müsabiqəsi” olan və nəhayətdə geylərin paradını keçirərək məzlum və müsəlman xalqımızı “Avropaya İnteqrasiya” etdirmək istəyən Azərbaycan hakimiyyəti, görəsən ağaları ilə birgə xalqımız üçün hansı yuxular görüblər?

Xalqımızın ağır iqtisadi durumda, Qarabağ torpaqlarımızın 20% erməni işğalçılarının tapdağı altında olduğu və ərzaq dükanlarında borc dəftərlərinin günbəgün artdığı bir dövrdə xalqın milyon dollarla pulunu bu cür müsabiqələrə görə göyə sovrulması hansı sağlam məntiqə uyğundur? Deyirlər ki, biz bu yolla Azərbaycanı dünyaya tanıtdırmaq istəyirik. 90-cı illərin əvvəllərindən başlayan gözəllik müsabiqələri ilə xalqımızı ərəb və türk dünyasında nə cür başıuca etmisinizsə, “gey-paradla” da Avropa xalqlarının yanında “xoşbəxt” etmək istəyirsiz.

02.01.2011-ci il tarixində çıxışımızda qeyd edəndə ki, bu hakimiyyət xalqımızı bundan da böyük müsibətlərə sürükləyir. Bu gün cəmiyyətimizin gey-parad kimi hadisəni əyani sürətdə yaşamasından böyük bir faciə ola bilərmi? Görəsən yeniyetmə balalarımız belə bir insanların icmasını görəndə və bunların kimliyi haqda sual edəndə, valideynlər nə cavab verəcəklər? Əgər hər bir müsəlmanın bu hadisədən ürəyi partlayıb ölsə yeri var. Görəsən bizim bundan sonra hansı dindən və imandan danışmağa haqqımız vardır? Əgər 13 fevralda müqəddəs Peyğəmbərimizin (s) vəfat gününü anmaq və Qarabağ şəhidlərini yaşatmaq niyyəti ilə Şəhidlər Xiyabanına yürüş edən övladlarımızı döyən və zindanlara salan, eyni halda, bu günə qədər hicablı balalarımızı, “hicablı formada bir daha məktəbə gəlməyin”, - deyə sinifdən gözüyaşlı halda çıxaran və müqəddəs asiman kitablarında lənətlənmiş üzdəniraqları təmtəraqla vətənimizdə qarşılayan hakimiyyətə nə ad qoymaq olar? Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq. Ya İmam Hüseynin (ə) Aşurasını dilimizə gətirməməli, ya da ki, canımız bahasına bu zillətə son qoymalıyıq.

Bu gün bütün cəmiyyət ayağa qalxmalıdır. Cəmiyyətdə müxtəlif yollarla şayiə yayırlar ki, geyparad keçirilməyəcək. Guya cavanlarımızı əxlaqsızlığa çəkən çılpaq, azğın rəqqas və müğənnilərin müsabiqəsinə müsəlman xalqımız razılıq vermişdir.”

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 May 18