Tarix : 2012 May 18
Kod 30423

Təbrizin imam cüməsi: Azərbaycanda gey-parad keçirilsə, İran xalqının nifrət və qəzəbini söndürmə...

''İslamı oyanış bütün İslam dünyasını bürüdüyü bir halda Azərbaycan Respublikası hakimiyyəti 95 faizi müsəlman olan və onun 85 faizini şiələr təşkil edən ölkədə ...
/Aran agentliyi

AranNews - Ayətullah Möhsin Müctəhid Şəbüstəri bu həftəki cümə namazının ikinci xütbəsində dedi: "İslamı oyanış bütün İslam dünyasını bürüdüyü bir halda Azərbaycan Respublikası hakimiyyəti 95 faizi müsəlman olan və onun 85 faizini şiələr təşkil edən ölkədə anti-İslam hərəkətlərini gücləndirməkdədir".

Ayətullah Möhsin Müctəhid Şəbüstəri Bakı dövlətinin İslam hökmlərinə məhəl qoymamasına işarə edərək artırdı: "Azərbaycan Respublikası hakimiyyəti aşkar surətdə İslamla mübarizəyə qalxmışdır və bu çərçivədə çox pozğun və biabırçı "Eurovision" adlı bir müsabiqəni  Bakıda keçirməyi qərarlaşdırmışdır. Əlbəttə, bundan da biabırçı və rüsvayedici dünyanın 70 ölkəsindən 2000-dən çox homoseksualın gey-parad keçirmək məqsədilə Bakıya axışıb gəlməsidir".

Təbrizin imam cüməsi 2009-cu ildə Rusiyanın homoseksualların paradını ləğv etməsinə də toxunaraq dedi: "Qeyri-islami bir ölkə öz ölkəsində yaşayan müsəlmanların etiqadına hörmət əlaməti olaraq homoseksualların paradını ləğv etdi. Amma İslam Əməkdaşlıq Təşkilatının üzvü olan müsəlman ölkəsi Azərbaycan, homoseksualların paradının ləğvi barədə rəsmi bir bəyanat verməkdən boyun qaçırır".

Ayətullah Müctəhid Şəbüstəri xütbəsinin davamında keçən həftə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu ilə görüşünə və onun homoseksualların paradının ləğvi barədə rəsmi bəyanat verəcəkləri vədinə işarə edərək artırdı: "Yazıqlar olsun ki, Bakı dövləti sionistlərin razılığını cəlb etməkdən ötəri bu bəyanatı verməkdən çəkindilər".

Təbrizin imam cüməsi bildirdi: "Azərbaycan Respublikası dövlətinə xəbərdarlıq edirik ki, dərhal homoseksualların paradının ləğvini elan etsin və bu paradı keçirməkdən çəkinsin. Bundan qeyri surətdə Azərbaycan Respublikası xalqının narazılığının artmasından əlavə, İran İslam xalqının nifrət və qəzəbini də söndürmək mümkün olmayacaq".

Ayətullah Möhsin Müctəhid Şəbüstəri xütbəsinin sonunda əmr be məruf və nəhy əz münkər kimi vacib əməlləri İranın müsəlman xalqının və alimlərinin başqa ölkələrin işlərinə müdaxilə yox, bəlkə onların öz dini vəzifələrini yerinə yetirmələri adlandıraraq artırdı: "Bakı dövləti bizi Qarabağ barədə mövqe bildirməməkdə təqsirləndirir. Halbuki, biz həmişə Qarabağın ermənilər tərəfindən işğalını pisləmişik və indi də pisləyirik və Qarabağın azadlığına təkid edirik".

 

 

 

  • Yazılıb
  • da (də) 2012 May 18