Tarix : 2012 May 18
Kod 30424

Tehranın cümə namazının xətibi: Azərbaycan Respublikasının dövləti ləyaqəti alçaldan qərarından g...

Ümidvarıq ki, Azərbaycan hökuməti bu rüsvayedici qərarından dönəcək. Bu ölkənin əhalisi yoxsulluq içərisində inlədiyi bir halda ağır xərclər və...
/Aran agentliyi

Tehranın cümə namazının xətibi Ayətullah Siddiqi bu günkü cümə namazının xütbələrində Bəhreynin Səudiyyə Ərəbistanına birləşdirilməsi planına işarə edərək, onu Ali-Səudun zəifliyi və acizliyi əlaməti adlandıraraq dedi: "Ali-Xəlifə öz xalqının istəklərinə təslim olmaq əvəzinə bütün rəzilliklə öz kimliyini və varlığıını başqa bir ölkəyə təqdim edir. Amma həm Ali-Səud, həm də Ali-Xəlifə bilsinlər ki, Bəhreyn xalqı, regionun müsəlman xalqları və İran xalqı bu amerikasayağı hiyləyə dözməyəcəklər".

Ayətullah Siddiqi xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikası müsəlmanlarının məsələlərinə və "Eurovision" müsabiqəsi çərçivəsində homoseksualların parad proqramına işarə edərək dedi: "Azərbaycan Respublikası mövzusu təəssüf doğuran məsələlərdən biridir. 90 faizi müsəlman-şiə, tövhidçi olan bir ölkədə anti-İslam və qeyri-insani addımlar atılır, dini azadlıqlar boğulur".

Siddiqi artırdı: "Bu ölkədə məscidlər dağıdılır, hicabı müdafiə edilənlər həbs edilir, hər hansı bir islami hərəkət, ya mərasimə sərt senzura qoyulur. Amma İsrail rəsmilərinin bu ölkəyə gediş-gəlişi gözə çarpır".

Ayətullah Siddiqi dedi: "Ümidvarıq ki, Azərbaycan hökuməti bu rüsvayedici qərarından dönəcək. Bu ölkənin əhalisi yoxsulluq içərisində inlədiyi bir halda ağır xərclər və milyonlarla avro hesabına homoseksualların paradının təbliğ və təşkili təəssüf doğurur".

Tehranın cümə namazının xətibi dedi: "Biz Azərbaycan Respublikasından kəskin və qəti şəkildə istəyirik ki, bu çirkin əməldən əl çəksin və milyardlarla müsəlmanın duyğuları ilə oynamasın və öz müsəlman xalqının razılığını İsrail və Amerikanın razılığına satmasın".

Siddiqi dünyanın və İranın qeyrətli azərbaycanlılarının ürəklərinin yaralanmasını bəyan edərək dedi: "Süngüylə insanların fitrətləri ilə mübarizə etmək olmaz. Bu günləri İran Azərbaycanı Bəhreynin məzlum xalqını himayət etməklə yanaşı, Azərbaycan dövlətinin gülünc hərəkətini də pisləyir. Çünki, Türkiyə türklərinin və İran Azərbaycanı xalqının özünəməxsus qeyrətləri vardır. Ona görə də İslam hökmlərində qadağan edlilmiş homoseksuallığın rəvacına dözə bilmirlər".

Ayətullah Siddiqi xütbəsinin sonunda Azərbaycan xalqı ilə türk dilində öz ürək sözlərini bölüşdü və onlarla həmdərd olduğunu bildirdi.

 

  • Yazılıb
  • da (də) 2012 May 18