Tarix : 2012 May 19
Kod 30431

Ərdəbil əhalisi aksiya keçirərək Bakıda keçiriləcək gey-paradı pislədi və Bəhreyn xalqını dəstəkl...

Ərdəbil əhalisi cümə namazını qıldıqdan sonra Bakıda keçiriləcək ''Eurovision'' müsabiqəsini pisləmək məqsədilə aksiya keçirdilər
/Aran agentliyi

Ərdəbil əhalisi cümə namazını qıldıqdan sonra Bakıda keçiriləcək "Eurovision" müsabiqəsini pisləmək məqsədilə aksiya keçirdilər.

AranNews - Ərdəbilin inqilabçı əhalisi cümə namazını qıldıqdan sonra bu şəhərin mərkəzi küçələrində aksiya keçirərək, zülmə məruz qalmış Bəhreyn xalqını dəstəkləməklə yanaşı Azərbaycan Respublikası hakimiyyəti tərəfindən "Eurovision" müsabiqəsi və homoseksualların paradının təşkilini "Azərbaycan şiəsi, qəbul etməz zilləti" şüarları ilə pislədilər.

Cümə namazı qılındıqdan sonra Ərdəbil şəhərinin "Müsəlla" meydanından "İmam Xomeyni" kəsişməsinə kimi uzanan aksiyada iştirak edənlər bir səslə "Eurovision"a ev sahibliyi və homoseksualların paradını təşkil etdiklərinə görə  Azərbaycan dövlətinin başçılarının əməlini kəskin şəkildə pisləyərək, Azərbaycan xalqını və Bəhreyn şiələrini dünya istikbarı ilə mübarizədə dəstəklədiklərini bildirdilər.

Ərdəbil əhalisinin aksiyası "Azərbaycan var olsun, İlham sənə ar olsun", "Azərbaycan dövləti qarət edib qeyrəti", "Müsəlmanların sərvəti, oldu yəhudi qarəti", İngilisə, Amerikaya, sionist rejimə ölüm şüarları ilə bir az da kəskinləşdi və iştirakçılar düşmənlərə nifrətlərini "Heyhat minnəzzilləh" şüarları ilə davam etdirdilər.

Aksiyaya qatılan Ərdəbilin mömin və vəfadar əhalisindən bəziləri "Azərbaycan İslamdan ayrılmaz", "Allahın lənəti olsun həmcinsbazlara, onları himayə edənlərə və rəvac verənlərə", "Hüseynçi xalq gey-parada dözə bilməz" kimi plakatlar götürərək, İslam düşmənlərinə qarşı öz nifrətlərini bildirdilər.

Aksiyaya qatılan kişi və qadınlar, böyüklər və gənclər həmçinin Bəhreyn xalqını dəstəkləyən şüarlar verərək, Ali-Səud və Ali-Xəlifəyə Bəhreynin Səudiyyə Ərəbistanına birləşdirilməsinə icazə verməyəcəklərini elan etdilər.

Xalq aksiyasının sonunda bir qrup universitet tələbəsi azəri və türk dilində plakat və şüarlarla çıxış edərək Bəhreyn və Azərbaycana getməyə, Qarabağı "Eurovision" müsabiqəsinə yox, Aşura mədəniyyətinə söykənməklə ermənilərin əlindən azad etməyə hazır olduqlarını bildirdilər.

Mitinqin sonunda bəyanat oxundu və bu bəyanatda dünya müsəlmanlarının məzlumiyyətinə, oyuncaq başçıların digər dövlətlərə bağlılığına işarə olundu və müsəlmanlardan istənildi ki, məchul rejim tərəfindən səhnələşdirilən, sionist imperialist fitnəsininin qarşısını alsınlar.

Bəyanatın digər bir hissəsində gəlib: "Bəzi müsəlman alimlərinin ölü sükutu və insan hüquqlarını müdafiə iddiası edən təşkilatların passivliyi üzündən bəzi avtoritar, ləyaqətsiz, qərbin əlaltısı olan başçılar misilsiz və birbaşa xəyanətləri ilə müsəlman xalqları ilə istədikləri kimi rəftar edirlər və əlbəttə, onlarla qarşılaşmaq zəruriliyi yaranmışdır. Azərbaycanın "müsəlman dövləti" də Eurovision müsabiqəsi keçirmək və homoseksualları parad keçirməyə dəvət etməsi kimi biabırçı hərəkəti ilə 90 faiz müsəlman xalqının qarşısında öz sonluq və batillik xəttini çəkdi".

Ərdəbil əyalətinin digər şəhərlərində də bu kimi aksiyalar keçirildi və aksiyaya qatılanlar Ali-Səudun və Amerikanın Bəhreyni Ərəbistana birləşdirmək kimi fitnəkara planlarını və Bakı şəhərində keçiriləcək gey-paradı və İslam dininə hörmətsizliyi pisləyərək, bu fitnələrin uğursuzluqla nəticələnəcəyini bildirdilər.

  • Yazılıb
  • da (də) 2012 May 19