İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti Anar Bayramlı haqda çıxarılmış 3 aylıq həbs-qətimkan tədbirinin bitməsinə baxmayaraq, məhkəmə onu azad etməkdən çəkinib
/Aran agentliyi
İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti Anar Bayramlı haqda çıxarılmış 3 aylıq həbs-qətimkan tədbirinin bitməsinə baxmayaraq, məhkəmə onu azad etməkdən çəkinib.
Yerli mənbələrin məlumatına görə, Anar Bayramlının vəkili Anar Qasımlı bu gün cümə məhkəmə iclasından sonra deyib: İttihamların əsassız olması və 3 aylıq həbs hökmünün sona çatmasını nəzərə alaraq məhkəmədən onun azad olunmasını istədik. Lakin məhkəmə bu məsələyə diqqət yetirmədi və onun işinin araşdırılması üzrə iclası 24 maya təyin etdi.
Anar Bayramlının vəkili habelə deyib: İşlə əlaqədar şahid nəzərlərinin dinlənməsini istədik. Məhkəmə elan etdi ki, bu məsələ işlə bağlı növbəti araşdırma zamanı diqqət mərkəzində saxlanılacaq.
“Məhkəmə iclasında beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatının hesabatlarına toxunaraq bildirdik ki, Anar Bayramlı siyasi məhbusdur və məhkəmə bu məsələyə diqqət yetirməlidir” –deyə Anar Qasımlı bildirib.
İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalistinin məhkəməsinin ədalətsiz prosesi elə bir şəraitdədir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri beynəlxalq qurumların hesabatlarını rədd edərək bu ölkədə söz azadlığının mövcud olduğunu iddia edirlər.
Azərbaycan Respublikasında islamçı fəalların həbsi və müstəqil və tənqidçi jurnalistlərə təzyiqin 3-cü dalğası ilə yanaşı bu ölkə polisi 16 fevralda İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti Anar Bayramlı və sürücüsü Ramil Dadaşovu gecə ikən mənzilində həbs edib və yaxınlarının dediklərinə görə, polis şöbəsində onların cibinə narkotik maddələr atılıb.
İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli sürücüsü Ramil Dadaşov ötən çərşənbə günü həbsdən azad olundu və Anar Bayramlının həbsi qeyri-qanuni şəkildə davam edir.
Anar Bayramlı və Ramil Dadaşovun saxta ittihamlarla həbsi Azərbaycan Respublikası, İran və media dairələrində geniş reaksiyalarla üzləşib.
İranın Bakıdakı səfirliyi iki sərt nota göndərərək İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin iki yerli işçisinin dərhal azad olunmalarını və bu hərəkət amillərinin cəzalandırılmalarını istəyib və xəbərdarlıq edib ki, bu məsələ münasibətlərə, xüsusilə də media sahəsindəki əlaqələrə mənfi təsir qoyacaq.
İran mədəniyyət və islami irşad naziri, İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini, İslam Şurası Məclisinin bir neçə millət vəkili Azərbaycan Respublikasının bu hərəkətini pisləyərək bu şəxslərin azad olunmalarını istəyiblər.
İran media dairələri də Azərbaycan Respublikasının anti-İran hərəkətlərinə İranın qətiyyətli cavab verməsini istəyiblər.
Azərbaycan Respublikasında onlarla partiya və təşkilat rəhbəri, o cümlədən Vəhdət, Yaşıllar, İslam, Birlik, Solçu Demokratik partiyaları, Ziyalılar Forumu, Sülh və Demokratiya İnstitutu, Qarabağ Azadlıq Təşkilatı, İşgəncələrlə Mübarizə komitəsinin sədri, Helsinki Vətəndaş Cəmiyyətinin nümayəndəsi, İnsan Hüquqları Uğrunda İctimai Birlik Anar Bayramlı və Ramil Dadaşovun həbsini sifarişli adlandırıb və onların azadlığını tələb ediblər.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Bakıda yerləşən Mətbuat Hüququnun Müdafiəsi İnstitutu, Sərhədsiz Reportyorlar Təşkilatı və Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə komitəsi də ayrı-ayrılıqda bəyanatlarda irəli sürülən ittihamları əsassız sayaraq bu şəxslərin dərhal azad olunmalarını istəyiblər.
Beynəlxalq Amnistiya Təşkilatı da öz yeni hesabatında Azərbaycan Respublikasında Beynəlxalq Səhər telekanalının həbs olunmuş jurnalisti Anar Bayramlıya qarşı ittihamların əsassız olduğunu qeyd edib və dərhal olun azad olunmasını tələb edib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında bildirilib: Anar Bayramlıya qarşı əsassız və saxta ittihamlar siyasi qərəzlərlə həyata keçirilib və buna görə də bu jurnalist siyasi məhbus hesab olunur və Azərbaycanın laik hökuməti azad informasiya, xüsusilə də bu jurnalistin dini məsələlərdə informasiya çatdırmasının qarşısını almaq məqsədilə saxta və əsassız ittihamlarla onu həbs edib.