Tarix : 2012 May 18
Kod 30434

''İndependent'' İ.Əliyevin Avroviziya musabiqəsindən qazandıqlarını ifşa edib

Londonda çıxan İndependent qəzeti İlham Əliyevi korrupsiyada ittiham edib. Bu Avroviziya mahnı müsabiqəsi üçün inşa edilən zalın tikinti prosesində baş verib
/Aran agentliyi

 

Londonda çıxan İndependent qəzeti İlham Əliyevi korrupsiyada ittiham edib. Bu Avroviziya mahnı müsabiqəsi üçün inşa edilən zalın tikinti prosesində baş verib.

İndependent Azərbaycan Respublikasının son olaylarına həsr etdiyi reportajında yazıb : “Az.R-in Prezidenti İlham Əliyev Avroviziya müsabiqəsinə həsr edilmiş zalın salınması prosesindən iri miqdarda maliyyə vəsaiti mənimsəmişdir.”

Reportajın davamında Əliyev hökumətinin “Avroviziya” müsabiqəsindən respublikada cərəyan edən haqsızlıqları ört-basdır etməkdə faydalanması bildirilir.

İndipendentin yazdığına görə; Avroviziya zalının inşası tədbirləri ilə bağlı 300 ev yıxılıb və hökumət buldovzerləri sökülməmiş evlərə vəhşicəsinə hücum edir və ev sahiblərinin fəryadları söküntülərin gur səsində itir-batır.Bakıda son 3 il ərzində 4000 ev sökülüb və Avroviziya müsabiqəsinə həsr edilmiş milyardlarla dollarlıq vəsaitə baxmayaraq hökumət küçələrdə avara-didərgin qalan əhaliyə kompensasiya ödımıkdən çəkinir.

İndependent hakim zümrənin korrupsiyaya qurşandığına da toxunub yazır: “Əliyev ailəsinin maliyyə suiistifadəsinə nümunələrdən biri də İlham Əliyevin 11 yaşındakı oğlunun adına Dubayda 30 milyon funtluq evin satın alınmasıdır.”

  • Yazılıb
  • da (də) 2012 May 18