Minsk Qrupuna həmsədr olan ABŞ-da nümayəndələr palatası 2013-cü ildə Dağlıq Qarabağa 5 milyon dollar yardım etmək qərarına gəlib
/Aran agentliyi
Minsk Qrupuna həmsədr olan ABŞ-da nümayəndələr palatası 2013-cü ildə Dağlıq Qarabağa 5 milyon dollar yardım etmək qərarına gəlib. Bu qərar dünən ABŞ Konqresinin Dövlət və Xarici Əməliyyatlar üzrə Alt Komitəsinin iclasında qəbul edilib.
Alt Komitə Obama Administrasiyasının Ermənistana yardım paketini 7,2 milyon dollar azaltmaq təklifini də rədd edib və əvvəlki məbləğ - 40 milyon saxlanılıb. Azərbaycana 16 milyon dollar ayrılması təklif olunub.
Alt Komitə həmçinin rəhbərliyi Gürcüstanda ermənilərin yaşadığı Cavaxeti rayonuna ünvanlı yardım etmək üçün strategiya planı hazırlamağa çağırıb.
Amerikanın erməni separatçılarına hər il əvəzsiz maliyyə yardımı ayırdığı bir halda, Azərbaycan Respublikası Birləşmiş Ştatları öz strateji müttəfiqi sayır.