Tarix : 2012 May 18
Kod 30436

AZƏRBAYCAN DEPUTATLARI YENƏ ERMƏNİSTANA GEDİR

Azərbaycan deputatları Ermənistana səfər edəcəklər
/Aran agentliyi

 

Azərbaycan deputatları Ermənistana səfər edəcəklər

Azərbaycan Respublikası Milli Məclisinin (MM) üç nəfərlik nümayəndə heyəti Ermənistana səfər edəcək. Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmaqdır.

QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir. Səfər mayın 21-dən 24-dək davam edəcək. Məlumatı MM-in mətbuat xidməti APA-ya təsdiqləyib.

Qeyd edək ki, iclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 May 18