Tarix : 2012 May 19
Kod 30451

Təbriz əhalisinin Azərbaycan Respublikası və Bəhreyn şiələrini dəstəkləyən aksiyasının bəyanatı

Bismillahir-rəhmanir-rəhim
/Aran agentliyi

 

Bismillahir-rəhmanir-rəhim

«یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَیْهِمْ قَدْ یَئِسُوا مِنَ الْآخِرَةِ كَمَا یَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُور»

"Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!" ("Mümtəhinə" surəsi, ayə 13).

Bu günləri İslam dünyası dəyişdirici və çılğın hadisələr astanasında qərar tutmuşdur və bu hadisələrin hər biri bir növ nəinki, təkcə islami ölkələri, hətta bütün bəşəriyyətin taleyini dəyişməkdə təsir etmək gücündədir.

Sözsüz ki, İran xalqının İslam İnqilabından sərçeşmələnmiş regiondakı islami oyanış və xalq qiyamları müasir İslam tarixində bir dönüş nöqtəsidir və bu dünyanın hegemon və müstəmləkəçi dövlətlərini qorxuya salmışdır. Onlar və onların bəzi İslam ölkələrindəki həmkar və əlaltılarını hər gün yeni taktika planlaşdırmağa, İslam ümmətinin məsləhəti yolunda manelər icad etməyə məcbur edir. Bu arada onların ən çox qorxusu şiələrdəndir, ona görə də öz güclərini şiə ölkələri ilə qarşılaşmağa sərf edirlər.

Hazırkı şəraitdə müsəlmanların və dünyanın bütün azadə insanlarının, əsasən də İran İslam xalqının ürəyini yaralayan İran İslam ölkəsi ilə qonşu olan iki strateji ölkənin başçılarının sionistlərə bağlı olmasıdır. Bir tərəfdən Qafqaz regionunda və dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasında hər gün yeni formada zühur edən anti-İslam hərəkətlərin şahidiyik. Belə ki, bu hərəkətlər din həddindən aşaraq, hətta əxlaqi dəyərləri də ayaq altda qomuşdur. Üstəlik bu siyasətlərə etiraz edənlər müxtəlif əsassız ittihamlarla həbsxanalara göndərilir. Digər bir tərəfdən isə Yaxın Şərqdə əziz Bəhreyndən faciəli və ürəkağrıdan xəbərlər gəlməkdə və tarix boyu şiələrin məzlumiyyətini bir daha göstərməkdədir. Bunun kənarında Bəhreyn xalqının qiyamını boğa bilməkdən ümidlərini itirmiş Ali-Səudun və Ali-Xəlifənin Amerika və sionistlərin planı ilə Bəhreyni Səudiyyə Ərəbistanına birləşdirmək hiyləsi onların digər bir acı taktikasıdır və bu məsələ müsəlman xalqlarının daha artıq sayıqlıq göstərməsini tələb edir.

Biz Təbriz şəhərinin cümə namazına qatılanları İran İslam ölkəsinin bütün xalqı ilə birgə olaraq sözü gedən iki ölkədəki mövcud olan anti-İslam və qeyri-insani hərəkətlərə öz ikrah hissimizi bildirməklə yanaşı, tələblərimizi aşağıdakı şəkildə bildiririk:

1. İlk növbədə Azərbaycan Respublikasının başçıları bilsinlər ki, onlar tarix, mədəniyyət və məzhəb baxımdan İranla ortaq bir ölkədə hökumət edirlər. Onların bütün hərəkət və siyasətləri İran İslam xalqının, xüsusilə də bu ölkənin azəri xalqının diqqət mərkəzindədir və bu xalq bundan sonra da Azərbaycanın müsəlman xalqının  yanında olaraq, dövlətin anti-İslam hərəkətlərinə qarşı fəal şəkildə öz mövqeini göstərəcək, Bakı dövlətinin xərcsiz və zəhmətsiz şəkildə öz islamofobiya siyasətlərini irəli aparmasına heç cür icazə verməyəcək. Ona görə də xeyirxahlıq üzündən tövsiyə edir və öz xəbərdarlığımızı bildiririk:

a) Hazırkı şəraitdə biabırçı "Eurovision" müsabiqəsi və homoseksualların paradı xəbəri ilə region müsəlmanlarının qəzəbini ən yüksək həddə çatdırmış Azərbaycan Respublikası dövləti, dərhal bu müsabiqənin ləğvi üçün addım atsın və homoseksualların parad keçirməsinə heç cür icazə verməsin. Əks təqdirdə xoşagəlməz aqibətlə üzləşəcək. Yaxşı olardı ki, Azərbaycanın dövlət rəhbərləri "Eurovision" müsabiqəsi təşkil etmək əvəzinə Qarabağın və ölkənin digər işğal olmuş ərazilərinin azadlığı barədə, aşağı səviyyədə yaşayan xalqının sosial problemlərini düşünəydilər və bununla da azərbaycanlı müsəlmanların yağmalanmış izzətini onlara qaytaraydılar.

b) Bakı dövləti ötən gün öz diktatorluğunu bir daha göstərmək məqsədilə islamçı fəalların, o cümlədən AİP sədri doktor Səmədovun və partiyanın müavinləri barədə apellyasiya məhkəməsi keçirərək, onların dövlətin anti-İslam hərəkətlərinə qarşı etiraz etdiklərinə görə əvvəlki uzunmüddətli həbslərini bir daha təsdiq etdi. Bakı dövləti bilsin ki, yüzdən yuxarı əqidə məhbusunu zindanda saxlamaq demokratiya və azadlıq şüarları ilə uyğun gəlmir və onların həbsinin davam etməsi bu ölkənin vəziyyətini bir az da qarışdıracaqdır. Əlbəttə, bu mövzu barədə beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları da çətin imtahan qarşısındadırlar. Onlardan gözlənilən budur ki, qabaqkı dövrlərin əksinə olaraq öz zatı vəzifələrinə əməl etsinlər.

v) Bakı dövləti özünün bütün anti-İslam hərəkət və siyasətlərinə, o cümlədən islami hicabın məktəblərdə qadağasına, islami telekanalların fəaliyyətinin qadağasına, islamçı fəalların və onların yaxınlarının həbsi və işgəncə edlimələrinə, əzadarlığın küçələrdə keçirilməsinin qadağasına, azanın televiziya və radio vasitəsilə səsləndirilməsinin qadağasına və s. son qoymalıdır. Bununla da bu ölkənin islamçıları öz dini inanclarına azadcasına əməl edə bilsinlər.

q) Bakı dövləti anti-İslam hərəkətlərinə son qoymadan əlavə, sionistlərin təsiri altında düçür olduğu anti-İran siyasətlərin də dayandırmalıdır.

2. Amma neçə aylar ötməsinə baxmayaraq, həbslər, işgəncələr, müxtəlif təzyiqlərlə Bəhreynin azadə xalqının qiyamlarını yatırmaq istəyən lakin buna nail ola bilməyənAli-Səud və Ali-Xəlifə fiqurları bisinlər ki, Bəhreyn xalqının inqilabı bu gün daha artıq qələbəyə yaxınlaşmışdır və Bəhreynin Ərəbistana birləşdirilməsi planı heç bir nəticə verməyəcək. Həqiqətdə onların yuxusunun təbiri yaxşı olmayacaq. Hətta, əgər bütün dünya bu mövzunun kerçəkləşməsi üçün əl-ələ verib çalışsalar da İran xalqı, xüsusilə də Təbriz əhalisi beynəlxalq hüquqlara zidd olan bu hərəkətlərə icazə verməyəcək.

Sonda Azərbaycan Respublikasında və Bəhreyndə yaşayan müsəlman bacı-qardaşlarımıza xitab olaraq bildiririk ki, İran xalqı, xüsusilə də Təbrizin qeyrətli əhalisi sizin bütün azadlıqsevər hərəkətlərinizi dəstəkləməyə hazırdır və əmin olun ki, siz də müqavimət, cihad və şəhadət mədəniyyəti nəticəsində tağut hökumətin əlindən nicat tapacaqsınız.

"Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər".

Azərbaycan oyaqdı, şiələrə dayaqdı!

Təbriz əhalisi, 29 ordibehişt 1391 (18 may 2012) 

  • Yazılıb
  • da (də) 2012 May 19