Tarix : 2012 May 19
Kod 30455

Facebook Bakı küçələrində

Facebooka avtoritar rejimdə yaşayan cəmiyyətlər üçün bir nəfəslik desək yanılmarıq
g/arannews

f acebooka avtoritar rejimdə yaşayan cəmiyyətlər üçün bir nəfəslik desək yanılmarıq. Bu rejimlər haqq səsi boğur, müxalifləri təqib edir, şərləyərək zindanlara doldurur, hətta qətlə yetirir. Yuxarıda sadalanmış bütün acınacaqlı hallar Azərbaycan Respubliksında norma kimi qəbul etdirilib.

Son hadisələr göstərir ki, narazı xalq facebook-dan əlavə bir səhifə də tapıb. Bu, Bakının, başqa şəhərlərin divarlarıdır. İnsanlar dərdini divarlara yazır. Rədd olsun Əlyevlər rejimi! Qarabağda hərbi parad, Bakıda geyparad! Yaşasın fədailər! Yaşasın mübariz insanlar!

“Eldar Manaf” pofilində bu divar yazılarından nümunələr yerləşdirilib. Bu haqqı xalqdan kimsə ala bilməz. Sərvətləri talanan xalq rejimə nifrətini divarlarla bölüşür. Belə getsə rejim yeni söküntü işlərinə start verəcək və Bakıda divarlar söküləcək. Bu rejimdən hər şey gözləmək olar./Hicab.org

  • Yazılıb
  • da (də) 2012 May 19