Bu Avropa müsabiqəsi Azərbaycan xalqının özünün islami mədəniyyət və dəyərlə nə qədər bağlılığını bir daha dünyaya göstərməsi üçün fürsətdir
/Aran agentliyi
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və imam cüməsi dedi: "Eurovision" qərbin yalançı azadlıq və demokratiya iddiasında əxlaq və mənəviyyatın, etibarının süqutunun aydın göstəricisidir.
Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində dedi: "Biz Bəhreyn xalqını alqışlayırıq. Çünki bu xalq öz müqaviməti ilə Amerika və Ali-Səud rejiminə elə dərs verdi ki, onlar çarəsizlikdən Bəhreynin Səudiyyə Ərəbistanına birləşdirilməsi planını ortaya atdılar".
Ərdəbilin imam cüməsi xütbələrinin digər bir hissəsində dedi: "Azərbaycanda Elçibəy Qarabağın azadlığı mövzusunda İranın mübarizə örnəyinə çevriləcəyi təfəkküründən qorxduğu və bununla da ermənilərə məğlub olduğu kimi indi belə bir tarixi hadisə Bəhreyn üçün də üz vermişdir".
Ərdəbilin imam cüməsi vurğuladı: "Qərb rejimi müsəlmanların islami dəyərlərə bağlılığını yoxlamaq istəyirlər ki, bununla da müsəlmanların öz dini və islami qeyrətlərini qoruyub saxladıqlarını, yaxud təkcə şüarla kifayətlənmələrini öyrənə bilsinlər".
O, məscidlərə, dini müqəddəslərə, İslam Peyğəmbəri (s) və Əhli-beytə (ə) qarşı hörmətsizliyi, Quranın yandırılmasını, ilahi kəlamın güllə yağışına tutulmasını və bunlar kimi anti-İslam hərəkətlərin hamısının yuxarıda qeyd edilən səbəbdən olduğunu, lakin müsəlmanların kəskin reaksiyası ilə üzləşən qərb rejiminin öz mövqeindən geri çəkilməsini və müsəlmanların qeyrəti qarşısında təslim olmalarını da açıqladı.
Seyid Həsən Amili düşmənlərin əlində vasitəyə çevrilmiş bir müğənni və homoseksualın dini müqəddəslərə, xüsusilə də imam Hadiyə (ə) hörmətsizlik etməsini pisləyərək artırdı: "Bütün təqlid mərcələri bu ləyaqətsiz hərəkəti pisləyiblər".
Ərdəbil əhalisinin Xubriqan Məclisində nümayəndəsi xütbəsinin davamında Azərbaycan xalqının "Eurovision" müsabiqəsi mövzusu ilə və ölkə xalqının hisslərinin dini dəyərlərə nə qədər bağlı olmasının ölçülməsi kimi çətin imtahan qarşısında olmasına da işarə edərək dedi: "Bu müsabiqə islami dəyərlərin qərb dəyərləri ilə qarşılaşması üçün bir fürsətdir və həqiqətdə İslam dini və qərb dəyərlərinin toqquşduğu bu mübarizə meydanında son qələbə şiə və müsəlman hakimiyyəti ilə olacaqdır".
Amili dedi: "Bu Avropa müsabiqəsi Azərbaycan xalqının özünün islami mədəniyyət və dəyərlə nə qədər bağlılığını bir daha dünyaya göstərməsi üçün fürsətdir. Çünki, bəzilərinin düşüncələrinin əskinə olaraq, İslam dini bu ölkədə transformasiya olmamış və xalq öz dininə sadiq olaraq qalmışdır".
O xatırlatdı: "Eurovision müsabiqəsinin mədəni bir festival olması iddia edilməsinin əksinə olaraq, bu müsabiqə tamamilə siyasi xarakter daşıyır və sionist rejimi bu məqsədlə azərbaycanlı müğənnilərdən birinə öz ölkələrində neçə aylardır ki, təlim keçirlər. Nəticədə, Fələstin şəhidlərinə hörmətsizlik etməsi və qəsbkar rejimlə əməkdaşlıqda məşhur olan bu müğənni qalib olsun".
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi sionist rejimin bu müsabiqədə məqsədinin Livandakı məğlubiyyətinin əvəzini çıxmaq və İranı qəzəbləndirmək olduğunu açıqladı.
Amili əlavə etdi: "Bu müsabiqənin proqramlarından biri də homoseksualların paradıdır və onlar öz saytları vasitəsilə parad keçirəcəklərinə təkid ediblər".
O, Azərbaycan ölkəsinin başçılarının bu müsabiqə vasitəsilə 500 milyon dollar qazanc əldə edə biləcəkləri iddiasına da toxunaraq, artırdı: "Azərbaycan xalqı öz mövlası Əliyə (ə) sadiq qalaraq, heç vaxt dini qeyrətini satmaz və heç vaxt homoseksualların paradı qarşısında başıaşağa olmaz. Çünki Əli (ə) şiəsi heç vaxt üzüqara olmayıb".
Seyid Həsən Amili Bəhreyn mövzusu və Azərbaycan xalqının məzlumiyyətinin bir-birinə oxşar olmasına da işarə edərək dedi: "Zor gecünə heç vaxtmədəniyyət vəsivilizasiyanı dəyişdirmək olmaz. Amma incəsənət və mədəni proqramlar çərçivəsində əqidəni süstləşdirmək və əsasını dağıtmaq mümkündür. Lakin, Azərbaycan xalqı heç bir zaman sionistlərə məğlub olmayacaq".