: “Vətənimizdə bu biabırçılığın keçirilməsinin mümkünlüyü ehtimalı da belə, həqarətedicidir”
/Aran agentliyi
Bakıda rüsvayçı gey-paradın keçirilməsini pisləyən Cümə İcmasının sədri və Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin(DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu deyib : “Vətənimizdə bu biabırçılığın keçirilməsinin mümkünlüyü ehtimalı da belə, həqarətedicidir”
Hacı İlqar İbrahimoğlu gey-paradın Avroviziya mahnı yarışı ilə bağlılığını diqqətə çatdırıb və əlavə edib : “Ümumi olaraq aydındır ki, qeyd etdiyiniz məsələ tarixən bu yarışmanın az qala elementlərinə qədər daxil olub. Lakin eyni zamanda Rusiyada belə biabırçılığın keçirilməsinə icazə verilməmişdi. Vətənimizdə bu biabırçılığın keçirilməsinin mümkünlüyü ehtimalı belə həqarətedicidir. Həm müqəddəs bayrağımız üçün, həm cümhuriyyət dəyərlərimiz üçün, həm milli kimliyimiz üçün, həm müqəddəs inancımız baxımından.
Hacı İlqar İbrahimoğlu əlavə edib :”Əslində, bu məsələdə rəsmi mövqe ortada olmalı idi və bunun Azərbaycanda yolverilməz olduğu və mümkünsüzlüyün birmənalılığı vurğulanmalı idi. Burada buna imkan verməyən ölkələr də nümunə kimi göstərilə bilərdi. Ümumiyyətlə, bütün İlahi kitabların hamısında bu, günahi-kəbirə (böyük günah) bilinir. Təbii ki, bəşəriyyətin dəfələrələ bu böyük günaha mürtəkəb olmanı adiləşdiridikdən sonra qarşılaşdığı bəlalardan xəbərdar olan hər kəs buna qarşı olmalıdır. Birmənalı olaraq bu biabırçılığa Vətənimizdə yol verilməmlidir.”