Azərbaycan Respublikasından gələn xəbərlər buna dəlalət etməyə başlayıb ki, hökumət özünü işğal olunmuş Fələstində hökmranlıq edən sionist rejimin durumuna düçar edib
/Aran agentliyi
Azərbaycan Respublikasından gələn xəbərlər buna dəlalət etməyə başlayıb ki, hökumət özünü işğal olunmuş Fələstində hökmranlıq edən sionist rejimin durumuna düçar edib.
Bakıda Avroviziya və qey-parad ərəfəsi tamaşaya bənzər anti-terror əməliyyatlarının tez-tez keçirilməsi buna dəlalət edir.
Bu günlərdə Avroviziya mahnı müsabiqəsi və gey-parad ərəfəsi Azərbaycan Respublikasının güc strukturları tez-tez paytaxt Bakıda və bir neçə rayonda guya ki anti-terror əməliyyatlarının keçirilməsi və davam etdirilməsindən xəbər verirlər.
May ayının 16-da axşam saat 22 radələrində Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Nizami rayonu ərazisində guya ki anti-terror əməliyyatı keçirib. Əməliyyat zamanı iki MTN əməkdaşı ağır yaralanıb, terrorçu kimi təqdim olunan 1 nəfər isə məhv öldürülüb. MTN-in bu əməliyyatı Nizami rayonu, Nəsimi küçəsi, 25 saylı binada keçirilib.
MTN-in əməliyyatı tamaşaya bənzər bir şəraitdə keçirilib. Terrorçu kimi təqdim olunan dəstə üzvlərinin bir neçəsi tutulub, biri isə çox saylı MTN maskalılarının əlindən qaçıb.
Binanın sakinləri deyirlər ki, atışmadan sonra binanın qabağına böyük torba qoydular. Oradan xeyli şey daşıyıb torbanın içinə qoydular. Camaata deyiblər ki, partlayıcı maddələrdir, silahdır. Heç kimi yaxına buraxmayıblar.
Müəmmalı anti-terror əməliyyatının keçirildiyi Nəsimi küçəsindəki bina MTN-in sifarişi ilə qətlə yetirilmiş mərhum jurnalist Elmar Hüseynovun vaxtilə yaşadığı və qətlə yetirildiyi bina ilə üzbəüzdə yerləşir.
Hadisə şahidlərinin dediyinə görə, əməliyyat zamanı ərazi qara maskalılar tərəfindən mühasirəyə alınıb, ora heç kim buraxılmayıb. Belə bir vəziyyətdə guya ki terrorçulardan birinin qaçıb canını qurtarması şübhələri bir qədər də artırır.
MTN əməliyyatından dərhal sonra qana bələnmiş binaya giriş sərbəstliyi verilib. Sakinlər isə bildirirlər ki, əməliyyat nəticəsində blok al qanın içində idi.
Sakinlərin dediyinə görə, binada qan iyindən dayanmaq mümkün olmayıb, onlar səhərə kimi yatmayıb bloka axan qanı yuyublar.
Bununla belə əməliyyat sonrası gün öldürülən şəxsin və yaralanan MTN əməkdaşlarının kimlikləri barədə də məlumat yayıldı. Yayılan məlumata görə, əməliyyat zamanı öldürülən Teymur Rüstəm oğlu Hüseynov Rusiya vətəndaşıdır. Bu şəxsin Çeçenistanda rus qoşunlarına qarşı döyüşlərdə iştirak etməsi deyilir. Əməliyyat zamanı yaralanan MTN əməkdaşları - Fuad Ağamalıyev və Rövşən İbrahimov Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməsi də bildirilib.
Həmçinin, MTN dünən Bakının başqa ərazilərində də tamaşaya bənzər əməliyyat keçirib. Bu əməliyyatlardan birinin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında keçirildiyi bildirilib.
Mayın 15-də MTN əməkdaşları Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığındakı “Çay evi” adlanan çayxanalardan birində də guyaki anti-terror əməliyyatı keçirib. Əməliyyat zamanı 4 nəfər tutulub.
Bakı Metropoliteninin “20 Yanvar” “28 May” və “Qara Qarayev” stansiyalarında terror aktlarının törədilməsi dezinformasiyası da yayılıb. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə bu xəbərlərin heç bir əsasının olmadığını deyib. Bildirib ki, metropoliten polisi daim gücləndirilmiş iş rejimində çalışır.
Maraqlı məqamlardan biri də bu xəbərlərin fonunda Bakı məktəblərində dərslərin qəfil dayandırılmasıdır.
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bunları deyib: “Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, anti-terror əməliyyatları davam etdirilir. Hazırda istintaq-əməliyyat tədbirləri başa çatmayıb. Əməliyyat tədbirləri başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək!!!"
Deyilənə görə, bu əməliyyatlar çərçivəsində hətta Bakı kəndlərindən ikisinin axundu da Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları olaraq saxlanıb.
Sabiq MTN əməkdaşı deyib: “Həqiqətən Azərbaycanda dini qruplaşmalar var və bu qruplaşmaların radikal terrorçu hərəkətlər etməsi zaman-zaman görünüb, sübut olunub. Sadəcə olaraq, son vaxtlar burda xoşagəlməz tendensiya var. Bu əməliyyatlar çox hay-küylü həyata keçirilir. Əməliyyatlar binalarda keçirilirsə, müxtəlif metodlar var ki, bu sakitliklə keçirilsin. Həmin adamların zərərsizləşdirilməsi üçün müxtəlif metodlar var, nəinki əməliyyatın ölümlə nəticələnməsi. Bundan əvvəl Gəncədə də ölüm olmuşdu”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti Ərəstun Oruclu isə deyib :” Bu əməliyyatların arxasında müəyyən siyasi məqsədlər də dayanır. İndi Azərbaycan öz daxili siyasətinə görə intensiv şəkildə tənqid olunur. Bütün bunlar Qərbə nümayiş etdirməkdir ki, baxın, bizdə İslam təhlükəsi var. Siz isə bizi insan haqları, demokratik dəyərlərlə bağlı sıxırsınız. Ümumiyyətlə, Azərbaycanda terror təhlükəsi ilə bağlı bütün bu tipli əməliyyatların arxasında həmişə olmasa da, bir çox hallarda məhz siyasi məqsədlər dayanır”.