Azərbaycan Respublikası bir daha Ermənistan qüvvələri tərəfindən atəşkəsin pozulduğunu iddia edib
/Aran agentliyi
Azərbaycan Respublikası bir daha Ermənistan qüvvələri tərəfindən atəşkəsin pozulduğunu iddia edib. Azərbaycan Respublikası dövlət xəbər agentliyi olan APA-nın məlumatına əsasən, Azərbaycan Respublikası müdafiə nazirliyi bildirib ki, Ermənistan qüvvələri dünən Qazax rayonunda bu ölkənin sərhəd qüvvələrinə tərəf atəş açıblar.
Bu nazirliyin bildirdiyinə görə Ermənistan qüvvələri bir daha bu gün Tərtər, Gədəbəy, Cəbrayıl, Xocavənd və Füzuli rayonlarında Azərbaycan Respublikası qüvvələrinin mövqelərinə hücum ediblər.
Bu məlumata görə, Ermənistan tərəfindən atəşkəsin pozulması Azərbaycan Respublikası qüvvələrinin qarşılıqlı atəş açmaları ilə cavab verilib. İtki yoxdur.