Həqiqətən mən bu gün səhnədə Həzrəti Yusif təmsilçisi kimi addımlayıram. Allahım bu neməti məndən və bütün möminlərdən alma. Amin
/Aran agentliyi
Həqiqətən mən bu gün səhnədə Həzrəti Yusif təmsilçisi kimi addımlayıram. Allahım bu neməti məndən və bütün möminlərdən alma. Amin!
HaqqYolu - Bir neçə aydır ölkəmizdə proqramlaşdırılmış şəkildə inanclı şəxslər bir sıra dövlətə aid qurumlar tərəfindən qərəzli yollarla şərlənib,yalan-böhtanlarla həbs ediliblər.Bu şər kompaniyanın məqsədyönlü hərəkətlərinin ardınca onlar sosial şəbəkələrdə bu çirkin əməllərinə davam edirlər.Ay ərzində islam dinini təbliğ edən,milli-mənəvi dəyərlərini qorumağa çalışan din alimlərimizi,ilahiyyatçılarımızı,jurnalistlərimizi ağılagəlməyən böhtanlarla şərləyib,onları hədələyirlər.Hətta bu yolda onlara böyük günahlar nisbət verməklə ailə üzvlərini və yaxınlarını ləkələməyə çalışırlar ki,ta bəlkəm bu çirkin böhtanlar nəticəsində haqqı deyən inanclı şəxslər abırlarına,ailələrinə xatir qorxu,təhlükə hiss edib,haqqı deməkdən çəkinsinlər.Amma,Allaha çox şükürlər olsun ki,bütün sosial şəbəkələrdə bu növ çirkin əməllərlə məşğul olan insanların yazılarına inananların sayı əlimizin barmaqları qədər də deyillər. Hətta bu şərəfsiz addımlarda Azərbaycanın ən savadlı, həyalı, qeyrətli, din alimi olan Növrəstə xanıma da bu növ hücumlar ediblər. Bu çirkin əməllərə çox saylı ziyalılarımız öz etirazlarımı bildirməkdədirlər.O cümlədən,Əsgər analar birliyinin sədri və İslam Partiyasının Qadınlar şurasının rəhbəri Növrəstə xanım Azərbaycan xalqına müraciət etmişdir.Müraciəti olduğu kimi əziz oxucularımıza çatdırırıq:
“Üzümü bütün müsəlman və xalis möminlərə tutub şəfqətli bir ana yanğısı ilə xahiş edirəm heç biriniz internetə tarakan kimi yayılıb Əhli-Beyt davamçılarının Abrını aradan aparmaqistəyənlərin murdar sözlərinə uymasınlar. Həzrəti Yusifi düşməni namus ləkəsi ilə həbsə saldırıb. O Həzrət həbsdə bütün dustaqları da düz yola gətirib. Hətta düşmənində qəlbində paklıq şöləsi yaratdı. Həm Quran, Həm də hədislərdə buyurulur ki, möminlər dünya malı ilə deyil, öz batini mənəviyyatları ilə imtahan olunub. Nəhayətdə isə düşməni məğlub edərək Allah yanında məqam qazanarlar.
Mən bu günlərdə bizlərə hücum edən iyrəncliklərə çox şad bir halda yanaşaraq Allahıma bir daha təşəkkür edirəm.
Həqiqətən mən bu gün səhnədə Həzrəti Yusif təmsilçisi kimi addımlayıram. Allahım, bu gözəl neməti məndən və bütün möminlərdən alma.Amin!
Quran ayəsində var ki, ”Mən ey möminlər sizin düşmənlərinizin birinci növbədə ağılların əllərindən alacam. Sizə pislik etmək niyyəti ilə çaşıb yaxşılıq edəcəklər Allaha və onun möminlərinə.” İki diləyim vardır: İnanclı insanları şərləyənlərin ömürləri uzun, günahları isə bol olsun. İLAHİ AMİN!
Haqq Xəbər