Sabah mayın 21-də İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında mitinqi olacaq
/Aran agentliyi
Sabah mayın 21-də İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında mitinqi olacaq. Bunu Qurumdan bildirilib ki, BŞİH-in icazə verməməsi onu göstərir ki, hakimiyyət hələ də bizim piketlərdən narahatdır.
IP-dən bildirilib ki, “Eurovision” musiqi yarışmasını işıqlandırmaq üçün Bakıda olan əcnəbi jurnalistlərin burada olmasından maksimum istifadə etmək lazımdır. Buna görə, mayın 21-də keçiriləcək icazəsiz piketi işıqlandırmaq üçün xarici medianın Azərbaycanda olan bütün nümayəndələrinə bu barədə məlumat verilib. Ancaq bundan narahat olan iqtidar müxtəlif vasitələrlə jurnalistləri BŞİH-nin qarşısına getmək fikrindən daşındırmağa çalışır.