Mübariz Ruhanilər Cəmiyyəti bəyanat verərək öz daxili və xarici mövqeini bildirmişdir. Bəyanatın bir hissəsi də ''Eurovision'' müsabiqəsi barədədir
/Aran agentliyi
Mübariz Ruhanilər Cəmiyyəti bəyanat verərək öz daxili və xarici mövqeini bildirmişdir. Bəyanatın bir hissəsi də "Eurovision" müsabiqəsi barədədir.
AranNews - Bu ruhani və siyasi qurumun bəyanatında deyilir: "İslam ümmətinin halına acıyan və onların da önündə ruhanilər İslam dünyasının üzləşdiyi təhlükənin qarşısını almağı həmişə öz vəzifəsi və missiyası bilir. Şiənin dəyərli təqlid mərcələri və ruhaniləri İslam dünyasını qorumaq üçün sərhəd tanımır və özlərini regional bir ərazi ilə məhdudlaşdırmırlar. Diqqətini əxlaq və mənəviyyata yönəltmiş və hər növ boyunduruq altına girmə ilə müxalif olan Beynəlxalq İslam missiyası da yalnız bu mənayadır. Vahid İslam Ümmətinin İranda, Bəhreyndə, Ərəbistanda, Azərbaycan Respublikasında vahid dini dəyərləri vardır. Son vaxtlar Azərbaycan Respublikası barədə mediada yayılan xəbərlər bütün qeyrətli insanları və İslam dininin daşıyıcılarını nigəran etmişdir. Bakıda "Eurovision" müsabiqəsi ünvanı ilə tədbir keçirilməsi qərarlaşdırılmış və bu tədbir çərçivəsində ən qeyri-insani bir hərəkət, yəni heyvansifət homoseksualların parad keçirməsi nəzərdə tutulmuşdur. Bu hərəkəti həmişə əxlaq və fəzilətlərin kamalını özünün başlıca məqsədi hesab edən İslamda qəbul etmək olmaz.
Belə aqressiv əməllərin müsəlmanlar arasında təfriqə, dini duyğuların acılanması, mənəvi dəyərlərdən imtina, yadların nüfuzu qarşısında təslim olmaq, qeyri-insani mədəniyyətdən başqa səmərəsi olmayacaq.
Böyük təqlid mərcələrinin bu mövzu ilə əlaqədar lazımlı və layiqli həssaslıq göstərmələri və anti-İslami hərəkətləri pisləmələri onların İslam dünyasında baş verən məsələlərə qarşı nigərançılıq və narahatlığını göstərir. Dünyanın bugünkü təlatümlü vəziyyətində İslamın ümumdünya və ümumbəşəri təlimlərinə söykənməklə İslam ölkələrinin bir-birinə dayaq olması, vəhdət yaratması mümkündür.
Mübariz Ruhanilər Cəmiyyəti anti-İslam hərəkətləri pisləməklə yanaşı müsəlman ölkələrin rəhbərlərini islami ölçü və dəyərləri qorumağa dəvət edir və tövsiyə edir ki, ilahi ənənə iman əhlinin irsinin qorunmasına və xainlərin xəyanətinin ziddinə şamil olur".
İslam ümmətinin qələbəsi və İslami İranın iftixarı ümidi ilə