Dövlət bu əməli ilə ölkə cavanlarını eyş-işrət və fəsada çəkmək istəyir. Ona görə də bütün medialar bu mövzuya qarşı çıxmağa vəzifəlidirlər
/Aran agentliyi
Ayətullah Sübhani Azərbaycan Respublikasında keçiriləcək "Eurovision" müsabiqəsinə işarə edərək dedi: "Dövlət bu əməli ilə ölkə cavanlarını eyş-işrət və fəsada çəkmək istəyir. Ona görə də bütün medialar bu mövzuya qarşı çıxmağa vəzifəlidirlər".
AranNews - Təqlid mərcəsi Qum şəhərinin Etikaf Təşkilatının üzvləri və Tələbələrin Əsərlərinin Nəşriyyatının məsulları ilə görüşündə AR-da keçiriləcək "Eurovision" müsabiqəsinə də toxunaraq dedi: "Bir neçə gündən sonra əhalisinin 70 faizdən çoxunu şiələr təşkil edən bir ölkədə bu müsabiqənin proqramı çərçivəsində homoseksualların parad keçirməsi də planlaşdırılır. Azərbaycan dövləti bu əməli ilə ölkə cavanlarını eyş-işrət və fəsada çəkmək istəyir. Ona görə də bütün medialar bu mövzuya qarşı çıxmağa vəzifəlidirlər və inşallah, sizin qələmləriniz bu mövzuda təsirli olacaq".