Tarix : 2012 May 20
Kod 30491

İSRAİL XÜSUSİ TƏYİNATLILARI BAKIDA

“Eurovisionu Azərbaycanla yanaşı İsrailin də xüsusi xidmət əməkdaşları ciddi mühafizə edir
/Aran agentliyi

Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıda olan İsrail nümayəndə heyəti ciddi təhlükəsizlik tədbirləri ilə mühafizə olunur. Bu barədə İsrailin “Ediot Ahronot” qəzeti yazıb.

Qəzetin xəbərinə görə, nümayəndə heyəti İsrailin və yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qorunur.

Beynəlxalq yarışlara qatılan İsrail idmançılarının təhlükəsizliyini MOSSAD agentləri və bu ölkənin kəşfiyyat strukturlarının yaxşı silahlanmış xüsusi təyinatlıları təmin edir. Bu baxımdan “Eurovision” üçün Bakıya gələn İsrail nümayəndə heyətini bu ölkənin xüsusi xidmət əməkdaşlarının müşayiət edəcəyi əvvəlcədən gözlənilirdi.

Azərbaycan tərəfi yarışma ilə bağlı güclü təhlükəsizlik tədbirləri görüb, milli təhlükəsizlik naziri Eldar Mahmudov yarışma ərəfəsində mətbuatda bəyanatla çıxış edərək bildirib ki, MTN “Eurovision” yarışmasının, bu yarışmada iştirak edəcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Bununla belə İsrail hökuməti heç vaxt bu cür hallarda ev sahibi ölkənin gördüyü təhlükəsizlik tədbirlərinə arxayın olmur və özü də əlavə tədbirlər görür.

Xeber44

  • Yazılıb
  • da (də) 2012 May 20