Tarix : 2012 May 20
Kod 30494

Övlad harayı

Başımız itirilmiş torpaqlarımızın alınmasına, övladlarımızın tərbiyəsinə deyil, “ eyş – işrət”ə qarışıb
/Aran agentliyi

Başımız itirilmiş torpaqlarımızın alınmasına, övladlarımızın tərbiyəsinə deyil, “ eyş – işrət”ə qarışıb. Heç də indiki vəziyyətdə torpaqlarının 20% alınan, ana-bacıları, qız-gəlinləri erməni əsirliyində qalan, hər gün cəbhə bölgələrində şəhid verən anaların ah-naləsi eşidilən torpağın övladlarına bənzəmirik! Bunu Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevaya açıq məktub ünvanlayan vətəndaş yazıb.

 

Beynəlxalq SƏHƏR kanalına da göndərilmiş açıq məktubda oxuyuruq:

Övlad harayı

 

Hörmətli Mehriban Xanım!

Övladlarınız uçurum astanasındadırlar. Onların mehriban ana nəvazişinə,

qaygısına, məhəbbətinə ehtiyacları vardır. Ola bilər deyəsiniz ki, bütün

bunlar Respublikamızda, xüsusilə də Bakı şəhərində açıq-aydın görünür.

)Məsələn: parkların gözəlləşməsi, yolların çəkilməsi, körpülərin salınması,hündür binaların inşası, məktəblərin,uşaq bağçalarının, xəstəxanaların əsaslıtəmiri və s.)

Bütün bu işlərin hamısı təqdirə layiqdir. Lakin, bunlar susuz bir insanın

səhrada gördüyü ilğıma bənzəyir.

Hər bir Ana vətənə layiqli övlad yetişdirmək üçün ona gözəl şərait

düzəltməzdən əvvəl, gözəl əxlaq, zəngin mənəviyyat, millilik, vətənpərvərlik,

özündən böyüyə hörmət kimi hissləri aşılamalıdır ki, gələcəkdə vətənə layiqli

əsgər, ədalətli məmur, savadlı müəllim, vicdanlı həkim yetişsin.

Bir halda ki, onlar üçün yaradılan gözəl şəraitin içində böyüyən gənclər bütün

bunlardan məhrumdular.Çünki, onların mənəviyyatları media,səviyyəsiz və

əxlaqsız verilişlər, hər binanın altında yerləşən gecə klubları,

avropalaşma... və s. Bu kimi mənfi təsirlərdən korlanır.

Başımız itirilmiş torpaqlarımızın alınmasına, övladlarımızın tərbiyəsinə

deyil, “ eyş – işrət”ə qarışıb.

Heç də indiki vəziyyətdə torpaqlarının 20% alınan, ana-bacıları, qız-gəlinləri

erməni əsirliyində qalan, hər gün cəbhə bölgələrində şəhid verən anaların

ah-naləsi eşidilən torpağın övladlarına bənzəmirik.

Biz hələd ə qəflət yuxusundayıq. Övladlarımız da böyük bir uçurum

qarşısındadırlar. Bəs nə vaxt bu yuxudan ayılıb, onları bu uçurumdan

qurtaracağıq?. Əks halda övladlarımız əldən gedər. Övladalarımız əldən getsə,

vətən əldən gedər. Vətən əldən getsə ana çarəsiz qalar.

Bir ana kimi övladlarınızı xilas edin, harayına çatın!

 

 

  • Yazılıb
  • da (də) 2012 May 20