Tarix : 2012 May 21
Kod 30501

Nardaran Ağsaqqallar Şurası bəyanat verib

Nardaran Ağsaqqallar Şurasının mayın son on günlüyündə Avroviziya mahnı müsabiqəsi ilə yanaşı Bakıda keçirilməsi planlaşdırılan homoseksualların paradına etiraz bəyanatı verib
/Aran agentliyi

 

Bəyanatda deyilir:

Azərbaycan əsrlər boyu öz milli-mənəvi adət-ənənələrini, qeyrət, namus, həya və iffət prinsiplərini, eləcə də dini dəyərlərini qoruyub bu günümüzə qədər gətirib çıxaran müqəddəs ilahi şəxsiyyətlər diyarıdır. Bu torpaq əzəldən qəhrəmanlar, qeyrətlilər yurdu olub. Bu məmləkətdə həmişə “kişi sözü” keçib, xalq hər zaman mərdliklə öyünüb, vətən, din və qeyrət uğrunda hər kəs canından keçməyə hazır olub.

Lakin bu müqəddəs torpağı ləkələmək niyyətində olan xalq, din və qeyrət düşmənləri müxtəlif iyrənc üsullardan istifadə etməklə vətənimizdə zaman-zaman öz planlarını icra etmək istəmişlər. Hicab qadağası, məscidlərin sökülməsi, azan səsinin qadağan edilməsi, söz və vicdan azadlığına qoyulan məhdudiyyətlər, haqqa səslənənlərin həbs olunması bu planların tərkib hissəsidir.

Son günlərdə isə bu iyrənc planın bir hissəsi olaraq Bakıda homoseksualların paradının keçirilməsi ilə əlaqədar söz-söhbətlər gəzir. Dünyada vaxtilə qadağan olunmuş bu həyasızlığın ölkə paytaxtımızda təşkil olunacağını duyduqda öz hiddətimizi büruzə verməli olduq.

Xatırladaq ki, 1960-cı illərdə amerikalı homoseksuallar qanun qarşısında cavab verməli olurdular. 2001-ci ildə Serbiyanın paytaxtı Belqradda geylər millətçi gənclərin hücumuna məruz qalmışdılar. 2009-cu ildə isə Serbiyada futbol fanatları ilə geylər arasında baş verən qarşıdurmanın zərəri 1 milyon avro olmuşdu. Analoji qarşıdurmalar Bratislava, Buxarest, Budapeşt və Riqada da baş vermişdi. 2005-ci ildə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan gey-parada mərhum prezident Kaçinski qəti şəkildə etiraz edərək, paradın keçirilməməsi göstərişini vermişdi.

Gey-paradın keçirilməsinə qadağa 2005-ci ildə Moskvada da qeydə alınmışdı. Şəhər meri Lujkov gey-paradı qadağan edən qərar çıxarmışdı. Aksiyanı keçirməyə cəhd göstərən geylərin qarşısına isə millətçi gənclər çıxmışdı. Bu hadisələr növbəti illərdə də təkrarlandı. 2010-cu ildə Avropa Məhkəməsi gey-paradın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırmasına baxmayaraq, Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi.

2012-ci ilin 22-26 mayında isə Bakıda Avroviziya mahnı müsabiqəsi ilə yanaşı gey-paradın keçiriləcəyi bildirilirdi. Sonradan bunun ləğv edildiyi barədə məlumat yayıldı. Lakin bilmək olmaz bu ləğv edilmə xəbəri həqiqətdir, ya yox. İstənilən halda bu iyrənc tədbirin adının Bakının adı ilə yanaşı səslənməsi hər bir qeyrətli Azərbaycan vətəndaşını qəzəbləndirir. Bu məsələyə biganə qalmaq mümkün deyil. Mübariz İbrahimov kimi qeyrətli oğullar yetişdirmiş məmləkətimizdə bu cür əxlaqsızlıqlar yolverilməzdir. Şəhid qanı tökülmüş bir torpağa biqeyrətlərin qədəm basmasına necə göz yummaq olar? Bu əxlaqsız özbaşınalıq qarşısında necə səssiz qalmaq olar?

Biz Nardaran Ağsaqqallar Şurası olaraq kifayət qədər səbir etdik. Lakin artıq ölkədə belə biabırçı tədbirlərin keçirilməsinə qəti surətdə etiraz edir, eyni zamanda son dövrlərdə söz və vicdan azadlığına qoyulan məhdudiyyətlərin götürülməsini, şərlənərək həbs olunan soydaşlarımızın, siyasi və vicdan məhbuslarının azad edilməsini tələb edirik.”

HaqqYolu

 

  • Yazılıb
  • da (də) 2012 May 21