İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikasında son dövrlərdə mərcəiyyətə edilən həqarəti pisləyib və bu həqarəti insanlığa qarşı olduğunu vurğulayıb
/Aran agentliyi
İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikasında son dövrlərdə mərcəiyyətə edilən həqarəti pisləyib və bu həqarəti insanlığa qarşı olduğunu vurğulayıb.
Dəyərlər saytının məlumatına görə, Hacı İlqar İbrahimoğlu son Cümə Namazının xütbəsində təkid ilə bildirib : “Müsəlman dünyasınında milyonlarca insanın müraciət etdiyi, böyük hörmət bəslədiyi mərceyi-təqlidlərə qarşı edilən şeylər insanlığa sığmır”.
Xətib eyni zamanda ölkədə keçiriləcək “Eurovision” yarışmasına toxunub və deyib : “Çox pis bir dövrə giririk. Bu, bu gunun problemi deyil. Bu, toplum olaraq illər öncə etdiyimiz səhvlərin nəticəsidir. Toplum özünü tərbiyə etmiyəndə, hara gəlib çıxdığını görürük. Artıq kəbirə günahların hallandırılması adiləşməyə başlayır. Rusiya və digər ölkələr kimi, Azərbaycan da əxlaqsız tədbirlərin keçirilməyəcəyini birmənalı bəyan eməli idi”.
Qeyd edək ki, son günlərdə qey-parad tərəfdaşlarının İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında aksiyalarında həddən artıq təhqiramiz hərəkətlərə yol verilib və deputat Sabir Rüstəmxanlı İranı türklərin birinci düşməni adlandırçışdır. Bu təhqiramiz hərəkətlərin səbəbi İran tərəfindən Bakıda qey-paradın keçirilməsinin nəzərdə tutlmasının tənqid olunmasıdır.
Səhər TV