Azərbaycan Respublikası prezidenti İlham Əliyev ABŞ rəsmiləri ilə bu ölkənin Dağlıq Qarabağdakı qondarma respublikasına yardımını müzakirə etməyəcək
/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev ABŞ rəsmiləri ilə bu ölkənin Dağlıq Qarabağdakı qondarma respublikasına yardımını müzakirə etməyəcək.
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə bildirib.
İlham Əliyevin başçılıq etdiyi və Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun da müşayiət etməsi ilə ABŞ-a səfər edən nümayəndə heyətinin tərkibində olan məlumatlı mənbə əlavə edib ki, səfərdə rəsmi Bakının NATO ilə əməkdaşlıqları və ABŞ ilə ikitərəfli əlaqələrin gündəlikdə olduğuna görə, digər məsələlərə yer verilməyib.
"Digər tərəfdən ABŞ rəsmiləri ABŞ-ın Dağlıq Qarabağ erməni separatçılarına ayırdığı yardımları müzakirə olunası məsələ bilmirlər və bunu ABŞ konqresinə aid olan bir məsələ olduğunu önə çəkirlər" –deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində olan məlumatlı mənbə bildirib.
Qeyd etmək lazımdır ki, son günlərdə ABŞ-ın xəbər mənbələri bildirdilər ki, ABŞ 5 milyon dollar "Dağlıq Qarabağ Respublikasına" humanitar yardım ayırıb.
Rəsmi Bakı buna görə ABŞ-a rəsmi etiraz yaxud qeyri-rəsmi etiraz bildirməyib.
Rəsmi Bakı son vaxtlar "Avroviziya mahnı yarışı ərəfəsində ABŞ-dan mənfi mesajlar gəlməsin" –deyə ABŞ və digər qərb ölkələri qarşısında həddən artıq ehtiyatlı davranır