Tarix : 2012 May 21
Kod 30511

Əlqaidə: Bakıda gey-paradla eyni zamanda bu şəhərin küçələri homoseksualların qanına boyanacaq

Əlqaidə dəstəsi Azərbaycanı bu ölkədə gey-parad keçiriləcəyi surətdə terror və təhlükə yaradacağı ilə hədələdi
/Aran agentliyi

Əlqaidə dəstəsi Azərbaycanı bu ölkədə gey-parad keçiriləcəyi surətdə terror və təhlükə yaradacağı ilə hədələdi.

AranNews - Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Əlqaidəyə bağlı "Ərəb Mücahidləri Təşkilatı" bəyanat yayaraq bildirib: Bakıda gey-paradla eyni zamanda bu şəhərin küçələri homoseksualların qanına boyanacaq!"

Bu barədə İsrailin “Ediot Ahronot” qəzeti yazıb:Beynəlxalq yarışlara qatılan İsrail idmançılarının təhlükəsizliyini MOSSAD agentləri və bu ölkənin kəşfiyyat strukturlarının yaxşı silahlanmış xüsusi təyinatlıları təmin edir. Bu baxımdan “Eurovision” üçün Bakıya gələn İsrail nümayəndə heyətini bu ölkənin xüsusi xidmət əməkdaşlarının müşayiət edəcəyi əvvəlcədən gözlənilirdi.

Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, MTN “Eurovision” yarışmasının, bu yarışmada iştirak edəcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Bəyanatın davamında belə deyilir: "Biz "Eurovision" müsabiqəsini Bakı hökuməti üçün qorxulu yuxuya çevirəcəyik. Mücahidlər Qafqazda həmişə öz sözünü demiş və ona əməl etmişdir".

Ərəb Mücahidləri Təşkilatı "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz" ayəsinə istinad edərək bildirib: "Homoseksuallar və şeytanın tərəfdarları elə fikirləşməsinlər ki, Azərbaycanda istədikləri hərəkəti edə biləcəklər. Xeyir! Onlara hücum olacaq və Mossad, I6, CİA və digər təşkilatlarını heç birinin onları qorumağa gücləri çatmayacaq".

Bu təhdid elə bir şəraitdədir ki, sözü gedən müsabiqənin təşkilatının rəhbərləri təhlükəsizlik məsələsinə daha çox xərc çəkiblər. Çünki dünyanın müxtəlif ölkələrindən olan homoseksualların axşışıb gəlməsi ilə gözlənilən təhlükəsizlik tədbirləri görə bilməyəcəklərindən qorxurlar. Bu məsələ Bakı dövlətini "Eurovision" müsabiqəsi astanasında təhlükəsizliyə təminat vermədiyini bildirməyə məcbur edib, Əlqaidə və vəhabi dəstələrinin təhdidlərindən nigəran olduqlarını bildirib.

Deyilənlərə əsasən, Azərbaycan Respublikası müsabiqənin təhlükəsizliyini təmin etmək üçün Mossad kəşfiyyat təşkilatı ilə əməkdaşlıq edir və Mossad qüvvələrinin əsas vəzifələri Bakıda "Eurovision" müsabiqəsinin keçiriləcəyi yerin və onun ətrafınının təhlükəsizliyini qorumaqdır.

Əlqaidə müxtəlif ölkələrin əhalisindən üzvləri olan çoxmillətli bir təşkilatdır. Əlqaidə həqiqətdə, hüzurunun təsirini indiyə kimi Əfqanıstandan əlavə, Əlcəzair, Misir, Mərakeş, Türkiyə, İordaniya, Tacikistan, Özbəkistan, Suriya, Çin, Hindistan, Pakistan, Banqladeş, Maleziya, Myanmar, İndoneziya, Filippin, Livan, İraq, Ərəbistan, Küveyt, Bəhreyn, Yəmən, Libiya, Tunis, Çeçenistan, Dağıstan, Kəşmir, Somali, Sudan, Keniya, Tanzaniya, Azərbaycan, Eritreya, Uqanda, Efiopiya, Bosniya, Kosovo, Amerika, İngiltərə, Portuqaliya, Almaniya, İsveç ölkələrində aşkar görünən beynəlxalq bir şəbəkədir.

"Ərəb Mücahidləri Təşkilatı" Əlqaidənin şəbəkələrindən biridir və Orta Asiya və Qafqaz dairəsində fəaliyyət göstərir. "Ərəb Mücahidləri Təşkilatı" Azərbaycan Respublikasında "Xəvaric" və "Sələfilər" kimi iki qrupla əməkdaşlıq edir.

 

 

  • Yazılıb
  • da (də) 2012 May 21