Bu iclaslar məhz şiə etiqadlarını müdafiə etdikləri üçün öz adi və əsas hüquqlarından məhrum olmuş şəxslərin anılması və əzizlənməsi məqsədilə keçirilir
/Aran agentliyi
"Şəriət Məhkumları" silsiləli İclas Mirdamad rayonunun "Əmir əl-möminin (ə)" məscidində əhalinin geniş iştirakı və Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun icraçı müdiri Həsən Qulunun çıxışı ilə izlənildi.
AranNews - "Şəriət Məhkumları" silsiləli İclas bu dəfə Mirdamad rayonunun "Əmir əl-möminin (ə)" məscidində Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun icraçı müdiri Həsən Qulunun çıxışı ilə keçirildi. Əhalinin böyük əksəriyyəti tərəfindən geniş qarşılanan bu iclasda Həsən Qulu, İran və Azərbaycan Respublikasının mədəni, tarixi və məzhəbi ortaqlıqlarına işarə etdi və İran xalqının, əsasən də azəri əhalisinin Azərbaycan Respublikasına qarşı həssaslığının səbəbini ağıl, din və milli maraqların qorunması kimi üç perspektivdən izah etdi.
Aran İnstitutunun müdiri bu silsilə iclasların "Şəriət Məhkumları" adlanması barədə də açıqlama verərək dedi: "Bu iclaslar məhz şiə etiqadlarını müdafiə etdikləri üçün öz adi və əsas hüquqlarından məhrum olmuş şəxslərin anılması və əzizlənməsi məqsədilə keçirilir".
O, Azərbaycan Respublikasındakı şəriət məhkumlarının iki qrup olduğunu açıqladı: Birinci qrup Bakı dövlətinin hicab qadağası və digər anti-İslam addımlarına etiraz etdikləri üzündən məhkum olanlardır və hal-hazırda həbsxanadadırlar. Onların önündə Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov durur. Bu həbs olanların sayı yüz nəfərdən çoxdur. İkinci qrup ümumi dindarlardır və onlar düzdür ki, həbs olunmayıblar, amma bir az böyük sferada, həqiqətdə hakimiyyətin diktatorsayağı siyasətlərinin zindanındadırlar və islami şəkillə şəxsiyyət vəsiqəsinin alınması kimi öz adi hüquqlarından belə məhrum olublar.
Həsən Qulu Azərbaycan Respublikasının şiələrinin məzlumiyyətinin Bəhreyn şiələrinin məzlumiyyətindən heç də az olmamasını vurğulayaraq dedi: "AR-nın şiələrinin müxtəlif nəsilləri təqribən iki əsrdir ki, İslam və şiəliyi dişləri-dırnaqları ilə müdafiə edirlər və bu yolda şəhadət, sürgün, işgəncə, həbs və s. kimi hər cür çətinliyə canları bahasına sinə gərirlər".
Siyasi məsələlər üzrə ekspert Həsən Qulu AR-da kommunistlərin və qərbyönümlü hakimiyyətin ciddi səylərinə baxmayaraq şiəliyin saflığını bir möcüzə adlandıraraq dedi: "Şiə məzhəbindən başqa heç bir mədəni kateqoriya kommunistlərin məhvedici siyasətləri qarşısında davam gətirə bilmədi".
Ekspert çıxışının davamında Azərbaycan Respublikasındakı anti-İslam hərəkətlərindən bir neçə nümunəsinə işarə edərək artırdı: "Sionistlər Bakı dövlətində olan nüfuzlarından istifadə edərək Azərbaycan ölkəsini "Eurovision" kimi əxlaqsız bir müsabiqəni keçirməyə məcbur etdilər və homoseksualların və bu meyldə olan müğənnilərin, rəqqasələrin ayağını dünyanın ikinci şiə ölkəsinə açdılar. Əgər Bakı dövləti öz səhvini başa düşərək onu düzəltməyə çalışmasa və homoseksualların paradı kimi bir zilləti qəbul etsə, həqiqətdə öz kökünə balta vurmuşdur".
Aran İnstitutunun müdiri çıxışının sonunda təqlid mərcələrinin, alimlərin mövqeini, Təbriz və digər şəhərlərin əhalisinin etirazlarını onların təbii reaksiyası və dini vəzifələrinə əməl etmələri adlandırdı və ümidvar olduğunu bildirdi ki, AR dövləti xalqın xeyirxah istək və nəsihətlərinə diqqət edəcək və "Eurovision" kimi proqramları fikirləşmək əvəzinə Qarabağın azadlığı barədə düşünəcək.
Qeyd edək ki, "Şəriət Məhkumları" silsiləli İclaslar Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu, İslam İnqilabı Mədəniyyət Cəbhəsinin Araşdırmalar Mərkəzinin təşəbbüsü və Təbrizin Məscidlər Mədəniyyəti Bölmələrinin əməkdaşlığı ilə keçirilir.